Fatma Süleymanova — Vikipediya

Fatma Süleymanova
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı — 1970
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979).

Həyatı[redaktə | mənbəni redaktə et]

Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı""Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]