Fatma Pəsənd xanım — Vikipediya

Fatma Pəsənd xanım
Osmanlı türkcəsi: فاطمه پسند خانم‎
Şəxsi məlumatlar
Doğum tarixi 17 aprel 1876(1876-04-17)
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1924(1924-11-05) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Əsilzadəlik
Həyat yoldaşı
Uşağı

Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi. Məzarı Qaracaəhməd məzarlığındadır.

Övladları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Açba-Ançabadze, Leyla, Prenses: Harem Hatıraları, İstanbul 2004
  • Öztuna, Yılmaz: Devletler ve Hanedanlar, Ankara 1989
  • Uluçay, Çağatay: Padişahların Kadınları ve Kızları, Ankara 1992
  • Osmanoğlu, Ayşe, Prenses: Babam Sultan Abdülhamid, İstanbul 1994
  • Osmanoğlu, Şadiye, Prenses: Saray ve Harem Hatıralarım, İstanbul 1969.