Fatma Cabbarova — Vikipediya

Fatma Cabbarova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti diktor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1966

Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990).

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur.[1] İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "CABBAROVA Fatma Ağacabar qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.