Farra Fouset — Vikipediya

Farra Fouset
ing. Farrah Fawcett
Doğum adı Farrah Leni Fawcett
Doğum tarixi
Doğum yeri Texas
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya
Vəfat səbəbi Xərçəng
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1969–2004
Təhsili
Boyu 169 sm
IMDb ID0000396
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Farra Fouset (d. 2 fevral 1947 - ö. 25 iyun 2009) ABŞ aktrisadır. Məşhur Hollivud ulduzu Farra Fouset Santa-Moniki xəstəxanasında (Los-Anceles, Kaliforniya) 25 iyun 2009-cu ildə 62 yaşında vəfat edib. Aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ən yaxşı filmlərindən biri "Top nüvəsi qaçışı" filmidir. Dəfələrlə "Emmi""Qızıl qlobus" mükafatlarına layiq görülən Hollivud ulduzu 1976-cı ildə "Çarlinin mələkləri" filmində aldığı roldan sonra dünya şöhrəti tapıb.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1965-ci ildə liseyi bitirdi. 1969-cu ildə bir Hollivud jurnalistinin, bir fotoşəkilini görməsiylə "kəşf edildi". 1970lərin başlarında taraş kremi, diş pastası, şampun reklamlarında oynamağa başladı. Eyni illərdə bir neçə kiçik serialda figüran rollarında oynadı. 1974-cü ildə bir serial filmdə yaxşı bir rol aldı. Ardından Altı Milyon Dollarlıq Adam serialıyla Hollivuddakı yerini bir az daha gücləndirdisə də əsl çıxışını Çarlinin Mələkləri serialındakı "Jill Munroe" xarakteriylə edərək ün qazandı. Daha sonra dramatik rollarda iştirak edərək müvəffəqiyyət qazandı. 1984-cü ildə, yoldaşı tərəfindən döyülərək təcavüzə uğrayan bir qadını canlandırdığı roluyla ilk mükafatını (Emmi Mükafatı) götürdü.

1973-cü ildə aktyor Lee Majors ilə etdiyi evliliyi 1982-ci ildə bitirdi. 2006-cı ildə xəstələnərək xərçəng diaqnozu qoyulan Fouset, 62 yaşında eyni xəstəlik səbəbiylə reanimasiyadaykən öldü. Ölümündən bir neçə gün əvvəl, Eşq Hekayəsi (Love Story) filmiylə səslənilən Ryan O'Neal, daha əvvəl eşq yaşadıqları və ortaq bir uşaqları olduğu Farra Fousetə evlənmə təklif etmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 http://www.nytimes.com/movies/person/22885/Farrah-Fawcett/biography.
  2. "Anspress.com". 2009-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-26.