Faiq Rəfiyev — Vikipediya

Faiq Rəfiyev
Faiq Qəzənfər oğlu Rəfiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1955(1955-02-22)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1992(1992-01-10) (36 yaşında)
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Hərbi fəaliyyəti
Rütbəsi Baş leytenant
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki övladı qalıb.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir. 10 yanvar 1992-ci ildə Koçbəy kəndinin erməni silahlılarından təmizlənməsi üçün baş tutan əməliyyat zamanı şəhid olmuşdur.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İrsi[redaktə | mənbəni redaktə et]

Lökbatan qəsəbəsindəki 166 saylı lisey-məktəb Faiq Rəfiyevin adını daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]