Fəyaz Bənihəmməd — Vikipediya

Fəyaz Rəşid Əhməd Həsən əl-Qədi Bənihəmməd (ərəb. فايز راشد احمد حسن القاضي بني حماد‎, Fāyaz Rāshid Aḥmad Ḥassan al-Qāḍī Banī Ḥammad; 19 mart 197711 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr 2001-ci il terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş nəfərdən biri.

Birləşmiş Ərəb Əmirliklərində anadan olan Bənihəmməd Visa Express proqramını istifadə edərək ABŞ turist vizasını almışdır.

Bənihəmməd 2001-ci ilin iyun ayında ABŞ-yə gəldi. 11 sentyabr 2001-ci ildə Bənihəmməd Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin qaçırılmasında iştirak etdi ki, o,Dünya Ticarət Mərkəzinin cənub qülləsinə dəysin.

Ləqəbləri[redaktə | mənbəni redaktə et]

Həm Bənihəmmədin özü, həm də media onu təsvir etmək üçün "Fəyaz Əhməd", "Bənihəmməd Fəyaz Əbu-Dabi Bənihəmməd", "Fəyaz Rəşid Əhməd", "Rəşid Əhməd Həsən əl-Qədi", " Əbu-Dabi Bənihəmməd Əhməd Fəyaz" və s. kimi digər ləqəblərindən istifadə edirdi.

Hücumlar[redaktə | mənbəni redaktə et]

Fəyaz Bənihəmməd həm özünün həm də Mohand əl-Şəhri Yunayted Hava Yolları reys 175 uçuşu üçün 27 və ya 29 avqust tarixlərində bir tərəfli birinci sinif biletlərini VISA kartı ilə Mustafa əl-Havsəvdən $4464.50 qiymətinə aldı. Hər ikisinin ünvanını Mail Boxes Etc., Delrey Biç kimi qeyd etmişdir. Bu poçt ünvanı eyni uçuş üçün biletlərini bir gün sonra alan HəmzəƏhməd əl-Həmdinin poçt ünvanları ilə üst-üstə düşmürdü, lakin hər iki qrup eyni telefon nömrəsini qeyd etmişdilər.

8-10 sentyabr tarixləri arasında Milner hotelində qalan Bənihəmməd zəif ingilis dili billiyini əsas gətirərək hotel işçisindən otaq üçün qeyd kartının doldurmasını istədi. 10 sentyabr 2001-ci ildə digər dörd təyyarə qaçıranlarla birgə Bostondaki Milner hotelinin otağında qaldı.

11 sentyabrda Bənihəmməd 175-ci reys təyyarəsinə daxil oldu və Şehrinin yanındaki 2A nömrəli oturacaqda əyləşdi. Uçuş başlayandan təxminən yarım saat sonra təyyarə qaçırıldı və daha sonra Dünya Ticarət Mərkəzinin cənub qülləsinə çırpıldı.

Sonraki hadisələr[redaktə | mənbəni redaktə et]

Hücumlardan sonra ABC News tərəfindən eyni adda birinin Laklend Hava Qüvvələri bazasındakı Xarici Dillər Hərbi İnstitutuna gəlib-getdiyini bildirildi. Bu iddianın Bənihəmmədin istifadə etdiyi saxta ünvandan peydə olduğu ehtimal olunur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Who Did It?"". Archived from the original on December 6, 2003. İstifadə tarixi: 2006-09-08. ABC News. 2003.