Fəxrəddin Səmədov — Vikipediya

Fəxrəddin Səmədov
Fəxrəddin Cavanşir oğlu Səmədov
Doğum tarixi
Doğum yeri Xaçmaz şəhəri, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti DQ Komandanının müavini
Mükafatları "Vətən uğrunda" medalı — 2014 "Hərbi xidmətlərə görə" medalı — 2014

Fəxrəddin Səmədov — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi, general-mayor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Səmədov Fəxrəddin Cavanşir oğlu 1960-cı ildə Xaçmaz şəhərində anadan оlmuşdur. 1977—1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır.

1981—1991-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qоşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1991—2007-ci illərdə DİN-in Daxili Qоşunlarında hərbi hissə (alay) kоmandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini - qərargah rəisi, hərbi hissə (alay) kоmandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir.

2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2087 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 06 may və 2014-cü il 08 mart tarixli Sərəncamları ilə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il tarixli 203 nömrəli Sərəncamı ilə "general-mayоr" hərbi rütbəsi verilmişdir.

Ailəlidir, bir övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]