Fəxrəddin Əli — Vikipediya

Fəxrəddin Əli
Doğum tarixi 10 may 1938(1938-05-10)
Doğum yeri
Vəfat tarixi 8 fevral 2022(2022-02-08) (83 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları Əməkdar rəssam[1]

Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb.

1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb.[3] 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib.[4]

Rəssamlıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, "Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir. Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.[3]

Fəxrəddin Əlinin əsərləri sırasında Nizaminin portreti əks olunmuş iki xalçasının şəkilləri və 2016-cı ildə "Sirlər xəzinəsi"ndəki 20 hekayət əsasında çəkdiyi 20 miniatürü yer alıb.

Fəxrəddin Əli təkcə "Sirlər xəzinəsi"nə deyil, böyük şairin başqa poemalarına da miniatürlər çəkib və AMEA prezidenti Akif Əlizadə başda olmaqla, Akademiyanın dəstəyilə həmin kitablar Azərbaycan və ingilis dillərində nəşr olunacaq.

Fəxrəddin Əli demək olar ki, bütün klassiklərə-əbiyyatımızda Qətran Təbrizi, Dədə Qorquddan belə Əliağa Vahidə qədər hamısına miniatür çəkmişdir.[5]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Sirlər xəzinəsi"
  • "Peyğəmbərin meracı"
  • "Adəmin xilqəti"
  • "Nuşirəvanla vəziri və bayquşların söhbəti"
  • "Süleyman və qoca əkinçi"
  • "Qarı və Sultan Səncər dastanı"
  • "Kərpickəsən qocanın bir cavanla hekayəti"
  • "Ovçu və tülkünün hekayəti"
  • "Firidunla ceyranın hekayəti"
  • "Oğru və tülkü"
  • "Tövbəsini sındıran zahidin hekayəti"
  • "İsanın hekayəti"
  • "İki rəqib alimin hekayəti"
  • "Hacı və sufi hekayəti"
  • "Zalım şahla düz danışan qocanın hekayəti"
  • "Şahzadə hekayəti"
  • "Ağıllı uşağın hekayəti"
  • "Mürşidlə müridin hekayəti"
  • "Cəmşidin cavan yavərinin hekayəti"
  • "Harun ər-Rəşidlə dəlləyin dastanı"
  • "Bülbül ilə qızılquşun hekayəti"[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması xüsusi layihəsi[ölü keçid]
  2. "Şəhriyarın ilk portetini çəkən bakılı rəssam". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  3. 1 2 3 "Miniatür sənətinin peşəkarı Fəxrəddin Əli". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  4. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  5. "Sehrli əllərdən süzülən miniatürlər". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.