Fərid Nağıyev (baş leytenant) — Vikipediya

Fərid Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi (27 yaş)
Doğum yeri
Vəfat tarixi 30 noyabr 2021(2021-11-30) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Beyləqan Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Hərbi hissə Səngəçal aerodromu
Xidmət illəri –2021
Rütbəsi Baş leytenant
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2022

Fərid Təyyar oğlu Nağıyev[1] (16 iyun 1996, Şərq, Beyləqan rayonu30 noyabr 2021, Xızı rayonu) — Dövlət Sərhəd Xidmətinin baş leytenantı,[2] Qaraheybət şəhidi.[3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 18 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur.[4]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Baş leytenant olan Nağıyev müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur.[5] O, 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur.[6] Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.[7] Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Nağıyevin "şəhid" statusunu aldığını bildirmişdir.[8]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Helikopter qəzasında həlak olan hərbçilərdən biri Zirədə, biri Əmircanda, biri isə Beyləqanda dəfn olunacaq". Azəri Press Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  2. "Helikopter qəzasında ölənlərin SİYAHISI". Lent.az (az.). 30 noyabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  3. Lmahamad, Ayya. "Azerbaijan:14 officers killed, two wounded in helicopter crash [PHOTO/VIDEO]". AzerNews (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  4. Babayev, Emin. "İki dost, iki şəhid və iki dərdli ata: "Səbr eləmək olmur, amma nə etməli?"". Sputnik (az.). 2 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  5. "DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb". AzTV (az.). 30 noyabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  6. "Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib". Report İnformasiya Agentliyi (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  7. "Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi - Fotolar". Qafqazinfo.az (az.). 2 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  8. Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib". Report İnformasiya Agentliyi (az.). 4 dekabr 2021. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  9. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 17.08.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.08.2022.