Fərhad Xəlilov — Vikipediya

Fərhad Xəlilov
Vəzifədədir
1987-ci ildən
ƏvvəlkiYusif Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1946(1946-10-26) (77 yaş)
Doğum yeri
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
S. Q. Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Akademiyası
Moskva Poliqrafiya İnstitutu
Fəaliyyəti rəssam
Atası Qurban Xəlilov

Təltifləri "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şərəf" ordeni — 2016 "Şöhrət" ordeni — 2006 1-ci dərəcəli "Əmək" ordeni — 2021 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2000 "Puşkin" medalı
İmzanın şəkli
farhadkhalilov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən).

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir.[1] Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır.[2]

F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.[3][4]

Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.[5]

Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fərhad Xəlilov ilə yaradıcılıq axşamı". www.yarat.az. 26 sentyabr 2017. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  2. Хәлилов Фәрһад Гурбан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 110. ISBN 5-89600-253-x.
  3. "Fərhad Xəlilov". nar-gallery.com. 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  4. 4,0 4,1 "Халилов Фархад Курбан Оглы". www.rah.ru (rus). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  5. "Rəssamlıq sənətimizin Fərhadı". www.anl.az. 3 noyabr 2016. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  6. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 30 may 2002. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  7. "F.Q.Xəlilovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 oktyabr 2016. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  8. "F.Q.Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 25 oktyabr 2006. 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  9. "F.Q.Xəlilovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 23 noyabr 2021. 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2021.
  10. "Fərhad Xəlilov Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb". az.trend.az. 30 mart 2012. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.