Fədayə Laçın — Vikipediya

Fədayə Laçın
Ümumi məlumatlar
Doğum adı Məmmədova Fədayə Baris qızı
Ləqəbi Laçın
Doğum tarixi 3 iyun 1977(1977-06-03) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni
Janrlar pop, muğam

Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. Azərbaycan Dövlət Muğam Teatrında (01 yanvar 2014-cü ildə ləğv edilmişdir) Azərbaycanın xalq artisti İslam Rzayev lə çalışmışdır.

2015-ci ildə müğənninin Cavanşir Quliyevin bəstələrindən ibarət albomu işıq üzü görmüşdür. [2]

Diskoqrafiyası[redaktə | mənbəni redaktə et]

  • Tamaşa və Filmlərə Yazılmış Mahnılar (Cavanşir Quliyevin bəstələri)
  • Ordan Burdan (Cavanşir Quliyevin bəstələri)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  2. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.