Füzuli Məmmədov (aktyor) — Vikipediya

Füzuli Məmmədov
Füzuli Şahbala oğlu Məmmədov
Digər adı Fizuli Məmmədov
Doğum tarixi
Doğum yeri Muğan Gəncəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi infarkt
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Zemfira, Aynur, Şahin
Atası Şahbala
Anası Zinhar
Fəaliyyəti aktyor, teatr direktoru

Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; 25 avqust 195218 mart 2009) — aktyor, teatr direktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Füzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir.

F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979[1]

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. İki sahibin qulluqçusu (K.Qaldoni) — Trufaldino
  2. Qış nağılı (V.Şekspir) — Antiqon
  3. Qəribə həkim (A.Safronov) — Koppuş
  4. Hacı Qəmbər (N.b.Vəzirov) — Hacı Qəmbər
  5. Toy (S.Rəhman) — Kərimov
  6. Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Savalan
  7. Dəyişmə (Elçin) — keşikçi
  8. Yolçular (A.Mirzəyev) — sabirabadlı

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Azadlığa gedən yollar (film, 1990) — Salamov
  2. Qara "Volqa" (film, 1994) — sahə müvəkkili
  3. Yük (film, 1995) — xırdavatçı
  4. Etimad telefonu (film, 2001) — yol polisi
  5. Olacağa çarə yoxdur (film, 2003)
  6. Yol yoldaşları (film, 2003)
  7. Sonuncu şahid (film, 2004)
  8. Qarabağa gəzinti (film, 2005)
  9. Koma 0,1 saniyədə (film, 2007)

İstinadlar[redaktə | mənbəni redaktə et]