Fərqanə Quliyeva — Vikipediya

Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva
Doğum tarixi 29 aprel 1957(1957-04-29)
Vəfat tarixi 22 sentyabr 2022(2022-09-22)[1] (65 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Təhsili

Fərqanə Tələt qızı Quliyeva (29 aprel 195722 sentyabr 2022[1]) — Aktrisa.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.

F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino tarixi dərsini tədris edib.

22 sentyabr 2022-ci ildə vəfat edib.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Gözlə məni (film, 1980)
  2. Gümüşü furqon (film, 1982)
  3. Qaladan tapılan mücrü (film, 1982)
  4. Gethagetdə (film, 1983)
  5. Tilsim (film, 2005)
  6. Ultionis

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://oxu.az/society/645922.
  2. "Aktrisa Fərqanə Quliyeva vəfat edib - FOTO". Oxu.Az (az.). 22 sentyabr 2022. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]