Eyzenhauer matrisi — Vikipediya

Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi[1] - 1953-1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür.

Matrisin kateqoriyaları[redaktə | mənbəni redaktə et]

Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır:

  1. Önəmli və təcilidir
  2. Önəmlidir, amma təcili deyil
  3. Önəmli deyil, amma təcilidir
  4. Nə önəmlidir, nə də təcilidir
  • Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir.
  • Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır.
  • Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın.
  • Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
  1. Balayev, Aydın. Tarix terminləri lüğəti (Altun Kitab). Bakı. 2017. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2021.