Eysebio — Vikipediya

Eysebio
port. Eusébio
Ümumi məlumatlar
Ləqəbi La pantera negra, La perla negra
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 175 sm
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eysebio (25 yanvar 1942[2][3][…], Maputu5 yanvar 2014[1][2][…], Lissabon[1]) — Məşhur portuqaliyalı futbolçu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Eysebio 25 yanvarda anadan olub.

Uzun müddət "Benfika" klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-cı il dünya çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan idmançı 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. 1962-cı ildə "Benfika" ilə Çempionlar Kubokunun qalibi olub. Portuqaliya yığmasının tərkibində keçirdiyi 64 oyunda 41 qol vurub.

Sürətli və texniki oyununa görə "Qara pantera" ləqəbi almış Eysebio iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.

Eysebio 5 yanvar 2014-cü ildə vəfat etmişdir. Məşhur futbolçunun yanvarın 25-də 72 yaşı tamam olacaqdı. Əfsanəvi futbolçu ürək xəstəliyi səbəbindən dünyasını dəyişib[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 http://www.estadao.com.br/noticias/esportes,idolo-do-futebol-portugues-eusebio-morre-aos-71-anos,1115152,0.htm.
  2. 1 2 Eusebio // Encyclopædia Britannica (ing.).
  3. EUSEBIO da silva ferreira // Argentine Soccer Database (isp.).
  4. "Məşhur portuqaliyalı futbolçu vəfat etdi. trend.az saytı". 2014-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-06.