Evarist — Vikipediya

Evarist
lat. Evaristus PP.
Şəxsi məlumatlar
Doğum adı Evaristus
Doğum tarixi
Doğum yeri Betlehəm, Roma İmperiyası, Yəhudiyə əyaləti (indiki-Fələstin ərazisi)
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Roma, Roma İmperiyası
Dəfn yeri Müqəddəs Pyotr bazilikası
Fəaliyyəti katolik keşişi[d]
Dini xristianlıq, Roma-Katolik kilsəsi[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evarist — 17 Aprel 44-cü ildə indiki Fələstin ərazisində yerləşən Yəhudiyə əyalətində doğlmuşdur[2]Romanın 5-ci Papasıdır. 97-105-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. Müqəddəs Evarist haqqında günümüzə çox az məlumat gəlib çıxmışdır. Papalıq dövrü Roma imperatoru Trayanın hökmranlıq etdiyi dövrə təsadüf etmişdir. Bu dövr Romanın ən zülmlü dövrü hesab edilir.

Papalıq hakimiyyəti Sələfi Xələfi
97 - 27 Oktyabr 105 I Klement I Aleksandr

Papalıq və yepiskopluq dövrü[redaktə | mənbəni redaktə et]

Papa olmamışdan əvvəl, Roma yepiskopluğunu icra etməkdə idi. Eyni zamanda da "Papa" olaraq seçilmiş və beləcə həm Papalığı həm də Roma yepiskopluğunu icra etməyə davam etmişdir. 8 il ərzində bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişdir.

Bir çox mənbədə 105-ci ilin 26 oktyabr tarixində, sui-qəsd ilə şəhid edildiyi qeyd olunur.[3] Bu səbəblə 26 oktyabr, Papa Evaristin anım günü olaraq qeyd olunmuşdur.[4] Papalığı müddətində Romanın 25 hissəyə bölünmüş olduğu üçün, bölgələrə din adamlarını özü təyin etmiş və bu sayədə, bu parçalanmanı bitirməyə və bu bölgələrdə uğurlu olmağa çalışmışdı. Papa Evarist, xalq arasında sevilən bir papa olduğu bir çox mənbələrdə qeyd olunur. Xristian şəhidi olunca, Romada Müqəddəs Pyotr bazilikasında, Papa Müqəddəs Pyotrun yanında dəfn edilmişdir.[5]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Catholic-Hierarchy.org (ing.). USA: 1990.
  2.  (lat.) Anastasius (bibliothecarius) (1602). Bibliothecarii Historia Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine,Et cessauit episcopatus dies XVIIII.
  3.  (ing.) According to Annuario Pontificio Arxivləşdirilib 2022-06-02 at the Wayback Machine, he died in 108
  4.  (ing.) "Martyrologium Romanum" (Libreria Editrice Vaticana 2001 ISBN 88-209-7210-7 Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine)
  5.  (ing.) Catholic Online. "St. Evaristus" Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]