Etibar İsmayılov (əsgər) — Vikipediya

Etibar İsmayılov
Etibar Bəylər oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağcabədi rayonu, SSRİ
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Cəsədi döyüş meydanında qalmışdır.
Vətəndaşlığı
Atası Beyler Ismayilov
Anası Sureyya Ismayilova
Hərbi fəaliyyəti
Qoşun növü kəşfiyyat
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Etibar İsmayılov (29 mart 1964, Ağcabədi, Ağdam rayonu1994, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur[1]. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Cəsədi döyüş meydanında qalmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]