Eterikan boğazı — Vikipediya

Eterikan boğazı
rus. Этерикан (пролив), saxa Этэрикээн силбэһиитэ
Ümumi məlumatlar
Eni 13 km
Uzunluğu 25 km
Yerləşməsi
74°53′14″ şm. e. 141°01′06″ ş. u.
Ölkələr
Akvatoriyası
Ayırır Kiçik Lyaxovski adasını Böyük Lyaxovski adasından
[[Fayl:|280px|Eterikan boğazı xəritədə]]
Eterikan boğazı
Eterikan boğazı

Eterikan boğazı (rus. Этерикан пролив, saxa Этэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur. Ərazi inzibati cəhətdən Rusiya Federasiyasının Saxa (Yakutiya) Muxtar Respublikasının Bulunski ulusuna daxildir.

Mənbə[redaktə | mənbəni redaktə et]