Etan — Vikipediya

Etan
Ümumi
Kimyəvi formulu C2H6
Molyar kütlə 30,07 q/mol
Fiziki xassələri
Sıxlıq 0,5612@-100°C q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −182,8 °S
Qaynama nöqtəsi −88,6 °S
Öz-özünə yanma temperaturu 472 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 74-84-0
PubChem
SMILES CC
RTECS KH3800000
ChEBI 42266
BMT nömrəsi 1035
ChemSpider

Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə.

Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur.


Tarixi[redaktə | mənbəni redaktə et]

Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi.

Fiziki xassələri[redaktə | mənbəni redaktə et]

Etan rəngsiz, iysiz qazdır.

  • T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir
  • T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir.

Kimyəvi xassələri[redaktə | mənbəni redaktə et]

Etanın kimyəvi formulu C2H6-dır.

Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.