Esterqom (Dinləⓘ, mac. Esztergom alm. Gran, slovak. Ostrihom)—Macarıstanın şimalında, Budapeşt şəhərinin 50 km şimal-qərbində, Komarom-Esterqom əyalətində yerləşən şəhər.
Esterqom Macarıstanın qədim şəhərlərindən biridir. 10-ci əsrdən 13-ci əsrin ortasına qədər, Arpad sülaləsindən Kral IV. Bela dövründə Macarıstanın paytaxtı idi. Şəhər 1529-ci ildə Sultan Süleymanın həyata keçirdiyi I Vyana səfəri zamanı müvəqqəti olaraq, 1543-ci ildə həyata keçirilən blokada nəticəsində isə qəti olaraq osmanlı suverenliyinə geçmişdir. İşğaldan sonra Osmanlı imperiyasının şimal-qərb sərhədindəki mövqeyi etibarilə əhəmiyyətli sancaq mərkəzlərindən biri olmuşdur. 1595-ci ildə almanlar tərəfindən işğal edilən şəhər, Sokolluzade Lələ Mehmet Paşa tərəfindən yenidən Osmanlı torpaqlarına qatılmış və 1683-ci ildə alman işğalına qədər Osmanlı ərazisi olaraq qalmışdır. Hal-hazırda Macarıstandakı Roma Katolik Kilsəsinin baş yepiskopunun taxtı burada yerləşir.
Significant minority groups |
Nationality | Population (2011) |
| 527 |
| 242 |
| 93 |
| 36 |
| 36 |
İl | Əhali | 1000 | 10,000 | 1242 | 12,000 | 1701 | 2,000 | 1756 | 4,342 | 1820 | 10,169 | 1824 | 11,157 | 1850 | 11,661 | 1867 | 11,215 | 1869 | 14,512 | | İl | Əhali | 1880 | 14,944 | 1890 | 16,749 | 1893¹ | 15,749 | 1900 | 16,948 | 1910 | 17,881 | 1920 | 16,040 | 1930 | 17,354 | 1943 | 22,170 | 1949 | 20,040 | | İl | Əhali | 1957 | 34,000 | 1967 | 26,000 | 1980 | 30,870 | 1990 | 28,730 | 2001 | 29,041 | 2006 | 30,122 | 2011 | 28,269 | |
-
Qaranlıq qapısı
-
Kilsə
-
Seçeni meydanında yerləşən İştvan heykəli
-
Esterqom şəhərinin görünüşü
-
Esterqom, Osmanlı imperiyasının tərkibində olarkən,1664