Ester Myaqi — Vikipediya

Ester Myaqi
est. Ester Mägi
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)[1]
Doğum yeri
Vəfat tarixi 14 may 2021(2021-05-14)[2] (99 yaşında)
Təhsili
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu[d], universitet müəllimi[d]
Fəaliyyət illəri 1954–1984

Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922[1], Tallin[3]14 may 2021[2]) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984).

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir. Daha sonra isə rejissor işləyir. Esterin bacısı olan Hilda böyük bir ailəyə sahib olur. Onun qızı Vilma Malen məşhur pianoçudur. Ester Myaqi 1922-ci ilin 22 yanvarında tallində anadan olmuşdur. 1951-ci ildə Tallin Konservatoriyasının quruluş şöbəsini bitirmişdir. Professor Mart Saarın Ester Myaqinin elmi rəhbəri olur. Saarın bir çox fikrini mənimsəmiş və xalq musiqisinə fəal maraq göstərmişdir. 1954-cü ildə Ester Myaqi, professor Vissarion Şebalinin rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirir. Sonra Tallin Konservatoriyasında müəllimlik etməyə başlayır[4]. Ester 1984-cü ildə təqaüdə çıxana qədər müəllimlik fəaliyyətini davam etdirir. 1977-ci ildə dosent olur.

Aleksandr Puşkin, Kersti Merilaas, Ralf Parve, Marie Under və digər rus, eston şairlərinin şeirlərinə romanslar yazmışdır. Tamaşalar üçün musiqi müəllifidir, məsələn: "Bahar gələndə" (1959) və s.

Şeirləri[redaktə | mənbəni redaktə et]

  • "Kalevipoeqin Finlandiyaya səfəri" kantatası (Fridrix Kreyntsvaldın şeirləri, 1954)
  • Simfoniya (1968)
  • Orkestr üçün Bukolika (1983)
  • Fortepiano ilə orkestr üçün konsert (1953)
  • Skripka ilə orkestr üçün konsert (1958)
  • Orqan və çembalo ilə orkestr üçün konsert (1980)
  • Fortepiano və Klarnet ilə orkestr üçün variatsi (1972)

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1980 - Estoniya SSR Dövlət Mükafatı
  • 1971 - Estoniya SSR-nin əməkdar artisti
  • 1984 - Estoniya SSR xalq artisti

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ester Mägi // Musicalics (fr.).
  2. 1 2 https://kultuur.err.ee/1608212824/suri-helilooja-ester-magi.
  3. 1 2 https://www.presencecompositrices.com/compositrice/magi-ester.
  4. Inno, Kersti. "Kummardus Eesti muusika grand lady'le" (Estonian). Äripäev. 16 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2010.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Музыкальный энциклопедический словарь / Гл. ред. Г. В. Келдыш. — М.: Советская энциклопедия, 1990. — с. 368 — ISBN 5-85270-033-9
  • Мяги, Эстер Кустовна. Грустная песня и инвенция [Ноты] / комп. Э. К. Мяги // Произведения советских композиторов [Ноты] : для органа / сост. *Н. О. Оксентян. – Л. : Советский композитор, 1982. – С.21-32.
  • Urve Lippus. Mägi, Ester // Grove Music Online. — Oxford University Press