Ermənistanda turizm — Vikipediya

Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞİrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var.

Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər.

Tarixi[redaktə | mənbəni redaktə et]

2015-ci ildən bəri[redaktə | mənbəni redaktə et]

2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır.[1] Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi.[2]

2000–2015[redaktə | mənbəni redaktə et]

2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı. Əlavə olaraq da, İranlı, Kürd və İran Azərbaycanlı ziyarətçilərin artması, Ermənistanda turizm üçün yeni bir anlayışdır. 1990-cı illər Orta Şərq ölkələrinin turistləri Ermənistanı ziyarət etməyə başladılar. Ancaq 2000-ci illərdə Ermənistanı ən çox İranlılar ziyarət etməyə başladı.

2011-ci ildə Ermənistanda 128 otel, 102 kamp, 31 istirahət mərkəzi var idi. 2012-ci ildən bəri Ermənistanda yeni otellər tikildi və köhnə otellər bərpa edildi.

Sovet və keçiş dövrü[redaktə | mənbəni redaktə et]

Sovet dövründə (1922–1991) SSRİ respublikasının bir çox Sovet vətəndaşı Ermənistanı ziyarət etdi. Əsas olaraq iş üçün ya da istirahət üçün gedirdilər.

Ermənistanda Qarabağ müharibəsi və enerji böhranına görə 1990-cı illərdə böhran baş verdi. Ermənistanın dəmiryol xətləri qonşu Türkiyə və Azərbaycan ilə bağlandı və Ermənistan dəmiryolu xəttləri sadəcə Gürcüstan dəmiryolları ilə bağlı qaldı. Azərbaycan ilə Türkiyə arasındakı sərhədlər hələ də bağlıdır.

Hava səyahəti[redaktə | mənbəni redaktə et]

Ermənistanda 11 Hava limanı var. 2018-ci ildə Ermənistanın iki əsas hava limanındakı sərnişin axışı 2.856.667 milyon insanla rekord səviyyəyə çatdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
  2. "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.