Erix Mariya Remark — Vikipediya

ERİX MARİYA REMARK
alm. Erich Maria Remarque
Doğum adı Erix Paul Remark
Təxəllüsü Erix Mariya Remark
Doğum tarixi
Doğum yeri Osnabrük, Prussiya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Lokarno, İsveçrə
Vətəndaşlığı ABŞ ABŞ (1947-ci ildən)
Milliyyəti Alman
Həyat yoldaşları
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1920–1970
Əsərlərinin dili Alman dili
İlk əsəri Xülyaların sığınacağı (1920)
Tanınmış əsərləri
Mükafatları "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni
Dəmir xaç
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎; 22 iyun 1898[2][3][…], Osnabrük, Prussiya, Almaniya imperiyası[4]25 sentyabr 1970[4][2][…], Lokarno[d], İsveçrə[4]) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Gənclik illəri[redaktə | mənbəni redaktə et]

Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.

31 iyul tarixində iştirak etdiyi döyüşlərin birində sağ ayağı, sol qolu və boyun nahiyyəsindən ağır formada yaralanır. Yaxınlıqda yerləşən hərbi xəstəxanaya yerləşdirilən Remark daha sonra daha böyük hərbi xəstəxanaya köçürülür və müharibə bitənə qədər burada müalicə alır. Birinci Dünya Müharibəsi başa çatandan sonra 1919-cu ilin 1 avqust tarixindən etibarən Lohn şəhərində yerləşən orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1920-ci ildən etibarən isə Emsland və Nahn bölgələrində yerləşən məktəblərdə çalışır. Erix Remark müəllimlik peşəsi ilə yanaşı özünü müxtəlif peşələrdə sınayır. Bir müddət sahibkarlıqla məşğul olur, sonralar bu sahədə uğur əldə edə bilmədikdə isə kitabxanaçı, jurnalist və editor vəzifələrini ardıcıllıqla icra edir. Jurnalistika fəaliyyətinə görə ilk qonararını isə Continental AG şirkəti üçün hazırladığı bir yazıya görə alır.

Yazçılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Remark 16 yaşından etibarən kiçik həcmli hekayələr və essələr yazmağa başlamışdı. Yazıçının tamamlanaraq çap edilən ilk kitabı Xülyaların sığınacağı 1920-ci ildə çap edilir. Qərb cəbhəsində yenilik yoxdur romanından sonra Remark anasına itahfən təxəllüsünü dəyişir. Remarkın ata babası nəslin adının ilkin forması olan (alm. Remarque‎) ni (alm. Remark‎) ilə əvəzləməsindən sonra yazıçıda öz təxəllüsünü bu formada dəyişir. 1927-ci ildə yazıçı ikinci romanın üzərində işləməyə başlayır. Üfüqdə görünən stansiya adlı roman bir il müddətində davam edən iş nəticəsində yazıb bitirlir və elə bu ərəfədə də Remark Bild qəzetinin İdman redaksiyasında işləmək təklifi alır. Hələdə özünü bir yazıçı kimi tam olaraq təsdiq edə bilməyən gənc yazıçı 1929-cu ilin yanvar ayında Qərb cəbhəsində yenilik yoxdur adlı romanını yayımlayır. Roman Remarkın yaradıcılığında dönüş nöqtəsində çevirilir və ilk ilindəcə 26 dilə tərcümə edilərək bütün dünyada oxunmağa başlanır.

Qərb cəbhəsində yenilik yoxdur romanı Erix Mariya Remarkın bu gün belə ən çox satılan və oxunan əsəri hesab olunur. Belə kitab ilk dəfə nəşr edildiyi 1929-cu ildən sonra dəfələrlə nəşr edilmiş və toplamda 15-20 milyon tiraj ilə satılmışdır. Kitabın əldə etdiyi məşhurluq nəticəsində 1930-cu ildə Luis Milestonun rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilir. Kitab yazıçının Birinci Dünya Müharibəsində iştirakı zamanı şahid olduğu hadisələr əsasında yazılmışdır. 1931-ci ildə Qayıdış romanını bitirdikdən sonra Remark İsveçrənin Porto-Ranco qəsəbəsində villa satın alır və yazıçının bu dönəmdəki əsas düşüncəsi Fransaya köçmək və bütün fəaliyyətini orada davam etdirmək üzərinə olur.

Yazıçının növbəti əsəri olan Üç yoldaş əsərində isə Veymar Respublikası zamanı yaşanan hiper-infilyasiya ustalıqla təsvir edilir və Üç yoldaş romanıda dönəminin tənqidçilərindən müsbət rəy almağı bacarır. Remarkın dördüncü romanı olan Flotsam alman dilindən tərcümə edilərək 1939-cu ildə ingilis dilli Kollier jurnalında yayımlanır. 1945-ci ildə yayımlanan Zəfər tağı romanı yazıçının növbəti şah əsərlərindən birinə çevrilir və kitab toplamda 5 milyon satış əldə edir.

Nasist dönəmi[redaktə | mənbəni redaktə et]

1933-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyətə gəlməsi ilə Remarkın ağır günləri başlanır. Dönəmin təbliğat işləri üzrə naziri Jozef Göbbelsin göstərişi ilə yazıçının çap edilmiş əsərli yandırılır. Təziqlərdən yayınmaq üçün Remark özünü daha təhlüksəzilikdə hiss etdiyi İsveçərədəki villasına köçür. Nasistlər Remarkın ölkəni tərk etməsinə baxmayaraq onun yazılarını və romanlarını tənqid etməkdə davam ediridlər. Yazıçıya qarşı səsləndirilən əsas itthiamlardan biri isə onun fransız yəhudilərinin nəsilindən gəlməsi və əsil adının Remark yox Kramer olması ilə bağlı idi. Erix Remarka qarşı səsləndirilən bu iddialar sonralar belə öz təsdiqini tapmamışdır. Remarkın alman vətəndaşlığı ləğv edildi.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Romanları

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. RKDartists (nid.).
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Erich Maria Remarque // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 Ремарк Эрих Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]