Eratosfen — Vikipediya

Kirenalı Eratosfen
q.yun. Ἐρατοσθένης ὁ Κυρηναῖος
Doğum adı Ἐρατοσθένης
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Misir
Elm sahələri həndəsə, ədədlər nəzəriyyəsi, coğrafiya
İş yeri
Tanınmış yetirməsi IV Ptolemey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kirenalı Eratosfen (e.ə. 276[2][1], Kirena, Ellin Misiri[d][1]e.ə. 194[1][3][…], İsgəndəriyyə, Ellin Misiri[d][4]) — Qədim yunan riyaziyyatçısı, filosofu, astronomu, coğrafiyaşünası[5].

Coğrafiya elminin yaradılmasında və inkişafında misilsiz xidmətləri olan dahi mütəfəkkirdir. O, ilk dəfə olaraq elmə coğrafiya anlayışını gətirmiş, ilk coğrafiya kitabını ("Geoqrafiya") yazmışdır. Sonralar coğrafiya elmi "Yeri təsvir edirəm" mənasını verən bu kitabın adı ilə tanınmışdır. Eratosfen həmçinin ilk dünya xəritəsinin müəllifidir. Onun tərtib etdiyi xəritədə Avropa, Ön AsiyaŞimali Afrika quru parçaları, Aralıq dənizi, Atlantik okeanı, Qırmızı dəniz, Şərq və Şimal okeanları, o vaxt insanlara məlum olan adalar və s. təsvir olunmuşdur. Eratosfen Yerin ölçülərini də hesablamışdır. Onun aldığı nəticələr müasir ölçülərə çox yaxındır. Riyaziyyatda sadə ədədlərin tapılması üsulunu vermişdir. Bu üsul "Eratosfen Şəbəkəsi" və ya "Eratosfen qəfəsi" adı ilə tanınır. Kubun ikiqat böyüdülməsi məsələsinin həlli üçün cihaz yaratmışdır. Riyaziyyatçı olmasına baxmayaraq, onun fəlsəfəyə və musiqiyə dair də əsərləri var. Eratosfen şəbəkəsi aşağıdakı kimi yaradılır:

  • Əvvəlcə 2-dən N-ə qədər ədədlər yazılır.
  • Əvvəlcə 2-dən başqa 2-yə bölünən ədədlər pozulur.
  • Daha sonra 5-ə, 7-yə, 11-ə və s. bölünenler pozulur.
  • Prosses davam edir və 2 ilə N arasında sadə ədədlər qalır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Məktəblinin coğrafiya lüğəti. Bakı.2006. Səh.95

İstinadlar[redaktə | mənbəni redaktə et]