Emmili de Forest — Vikipediya

Emmili de Forest
dan. Emmelie Charlotte-Victoria de Forest
Ümumi məlumatlar
Doğum adı Emmelie Charlotte-Victoria de Forest
Doğum tarixi (31 yaş)
Doğum yeri Ranners
Danimarka Danimarka
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2012-ci ildən
Janrlar pop musiqisi, xalq musiqisi, xalq mahnısı
Albom şirkətləri Universal Music Group[d]
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emmili de Forest (tam adı: Emmili Şarlotta-Viktoriya de Forest, dan. Emmelie Charlotte-Victoria de Forest; 28 fevral 1993) — Danimarka müğənnisi. O, ifa etdiyi "Only Teardrops" mahnısı ilə "2013 Avroviziya Mahnı Müsabiqəsi"nin qalibi olmuşdur.[1]

İlk illəri[redaktə | mənbəni redaktə et]

Emmili Forestin atası isveçli, anası isə danimarkalıdır. O, 9 yaşından oxumağa, 14 yaşından isə şotland müğənni Freyzer Nil ilə əməkdaşlıq etməyə başlayıb. Onunla birlikdə Emmili bir çox konsert və festivallarda iştirak edib. 2011-ci ildə Emmili de Forest Kopenhagenə köçüb və burada öz təhsili davam etdirib.

2013 Avroviziya Mahnı Müsabiqəsində iştirakı[redaktə | mənbəni redaktə et]

26 yanvar 2013-cü ildə Emmili "Dansk Melodi Grand Prix 2013" müsabiqəsinin seçmə mərhələsinin finalında iştirak edib və 2013-cü ildə İsveçin Malmö şəhərində təşkil olunan 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanıb. Müsabiqənin yarımfinalında Emmili de Forest "Only Teardrops" mahnısını ifa edərək finala çıxıb və finalda 281 xal toplayaraq qalib olub[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Result: Emmelie de Forest wins in Denmark"". 2013-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-16.
  2. ""Emmelie de Forest to fly the Danish flag in Malmö"". 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]