Emma Məlikova — Vikipediya

Emma Məlikova
Emma Qələndər qızı Məlikova
Digər adı Emma Piriyeva
Doğum tarixi 30 yanvar 1949(1949-01-30) (75 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları

"Fəxri mədəniyyət işçisi" döş nişanı — 2013

"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014).

Həyatı[redaktə | mənbəni redaktə et]

Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qəzəlxan (film, 1991)
  2. Şirbalanın məhəbbəti (film, 1991)
  3. İki hekayə (film)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-07.

Mənbə[redaktə | mənbəni redaktə et]