Emin Mahmudov (futbolçu) — Vikipediya

Emin Mahmudov
Emin Cəbrayıl oğlu Mahmudov
Ümumi məlumatlar
Tam adı Emin Cəbrayıl oğlu Mahmudov
Doğum tarixi 27 aprel 1992(1992-04-27)[1][2] (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 175 sm
Çəkisi 67 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Neftçi PFK
Nömrəsi 8
Vəzifəsi Kapitan
Karyerası
Gənclik karyerası
2007–2010 Rusiya Kosmos
Klub karyerası[* 1]
2010 Rusiya Saturn 21 (1)
2011–2014 Rusiya Spartak 13 (0)
2012 Rusiya Tom 8 (0)
2013 Rusiya Krılya Sovetov 12 (0)
2014–2016 Rusiya Krılya Sovetov 6 (0)
2015–2016 Rusiya Mordoviya 18 (0)
2016–2017 Portuqaliya Boavişta 12 (1)
2017– h.h Azərbaycan Neftçi 185 (48)
Milli yığma[* 2]
2009–2010 Rusiya Rusiya (18 yaşlılar) 6 (3)
2010–2011 Rusiya Rusiya (19 yaşlılar) 9 (3)
2011–2012 Rusiya Rusiya (20 yaşlılar) 4 (1)
2012–2014- Rusiya Rusiya (21 yaşlılar) 15 (2)
2016—h.h Azərbaycan Azərbaycan 45 (13)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 29 aprel 2023 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 19 fevral 2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emin Cəbrayıl oğlu Mahmudov (27 aprel 1992[1][2], Saatlı) — Azərbaycan milli futbol komandasınınNeftçi PFK klubunun oyunçusudur. Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Üç yaşında ikən Emin Mahmudovun ailəsi Rusiyaya, Moskva vilayətinə köçür. Emin Mahmudovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Emin Mahmudov futbol həyatına "Saturn"un uşaq komandası olan "Master-Saturn"da başlayıb. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə "Saturn"un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meyilli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb.

Mahmudov Rusiya Premyer Liqası debütünü 24 aprel 2010-cu ildə Moskva Dinamosu ilə oyunda etdi. O, premyer liqadakı ilk qolunu 20 noyabr 2010-cu ildə (Rusiya çempionatının 29-cu turunda) Anji ilə görüşdə vurub. 15 yanvar 2011-ci ildə Mahmudov uşaqlıqdan azarkeşi olduğu Moskvanın "Spartak" klubu ilə müqavilə imzalayıb.[3] Emin yeni klubunda 2011-ci il yanvarın 18-də Kişinyovun "Daçiya" klubu ilə yoldaşlıq oyununda debüt etdi.[4] 3 mart 2011-ci ildə Rusiya Kubokunun 1/8 finalında Novosibirskin Sibir klubuna qarşı keçirilən oyunda Emin rəsmi oyunlarda Spartak üçün debüt etdi və həmin oyunda assistentlik etdi. Spartak bu oyunda 2:0 hesabı ilə qalib gəldi və 1/4 finala yüksəldi[5]. 14 mart 2011-ci ildə Mahmudov "Rostov"la matçda meydanda start heyətində meydana çıxdı, həmin oyunda "Spartak" sensasiyalı şəkildə 0:4 hesabı ilə məğlub olmuşdu.[6] 25 fevral 2012-ci ildə "Tom" klubuna icarəyə verildi. Mövsümün sonunda o, qırmızı-ağların düşərgəsinə qayıdır[7].

14 fevral 2013-cü ildə icarə əsasında Samaranın Krılya Sovetov klubuna keçdi. 2014-cü il yanvarın 31-də Mahmudovun transferini Krılya Sovetov alıb[8]. Krılya Sovetovda tez-tez zədələrdən əziyyət çəkən Mahmudov[9] 2015/16 mövsümünün transfer pəncərəsində Mordoviya klubuna icarə əsasında keçdi.

Mahmudov 20 iyul 2016-cı ildə Portuqaliyanın Boavişta klubu ilə müqavilə imzaladı[10]. Yeni klubun tərkibində Mahmudov yalnız noyabrın sonunda debüt etdi[11], Sportinq Lissabon ilə oyunda əvəzedici kimi meydana çıxdı. Bir ay sonra Emin karyerasında ilk dəfə Portuqaliyada qolunu vurdu[12]. Həmin oyunda "Boavişta" 2:0 hesabı ilə qalib gəldi. Buna baxmayaraq Boaviştada əsas heyətə düşməkdə çətinlik çəkən Mahmudov klubu dəyişmək qərarına gəlir.[9]

Neftçi[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Mahmudov Azərbaycanın Neftçi klubuna keçib. 2018/2019-cu il mövsümündə Neftçinin heyətində Emin Mahmudov Azərbaycan çempionatının gümüş mükafatçısı olub. 2020/21 mövsümündə isə Azərbaycan çempionatının qalibi olub.

Mahmudov Neftçidə 150-ci matçına 7 avqust 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçının 70-ci dəqiqəsində çıxıb. Eyni zamanda matçın 81-ci dəqiqəsində fərqlənməyi bacarıb. Matç Neftçinin 0–1 hesablı qələbəsi ilə başa çatıb.[13] E. Mahmudovun "Neftçi" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Neftçi ona müqaviləsini daha üç il uzatmaq üçün illik 350 min dollar maaşlı müqavilə təklif etsə də, Emin bu təklifdən imtina edib.[14]

Uğurları[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Azərbaycan Neftçi

Şəxsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Emin Makhmudov // Transfermarkt (çd.). 2000.
  2. 2,0 2,1 Emin Makhmudov // As (isp.). Madrid: Grupo Prisa, 1967.
  3. "Mahmudov "Spartak"la müqavilə imzalayıb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  4. Spartak heç-heçə ilə başlayır Arxivləşdirilib 2011-01-21 at the Wayback Machine
  5. ""SİBİR" – "SPARTAK"". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  6. РФПЛ: Emin Mahmudov — Spartak Arxivləşdirilib 2011-12-11 at the Wayback Machine
  7. "Mahmudov qayıdır". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-17.
  8. "«СПАРТАК» И «КРЫЛЬЯ» ДОГОВОРИЛИСЬ О ПЕРЕХОДЕ МАХМУДОВА". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-31.
  9. 9,0 9,1 ""Portuqaliyada dedilər: "Niyə gəlmisən? Əksinə, hamımız Rusiyaya getmək istəyirik". O, "Spartak"da, Avropada oynayıb, Azərbaycanda ulduz olub". Sports.ru. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2023.
  10. "МАХМУДОВ ПОДПИСАЛ КОНТРАКТ С «БОАВИШТОЙ»". 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-23.
  11. "Дебют Эмина Махмудова за «Боавишту»". 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-23.
  12. "МАХМУДОВ ЗАБИЛ ПЕРВЫЙ ГОЛ ЗА «БОАВИШТУ»". 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-23.
  13. Şamaxı 0–1 Neftçi Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine Soccerway  (ing.)
  14. "Emin Mahmudov 350 min dollarlıq son təklifi də BƏYƏNMƏDİ". Sportinfo.Az (az.). 12 aprel 2023. 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]