Emin Əfəndi — Vikipediya

Emin Əfəndi
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Prodüser, televiziya aparıcısı
Fəaliyyət illəri 1996-cı ildən
Janr hip-hop[d]

Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı.[1] Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüseridir.[2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin"  meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinin təşkilatçısı olub. 2011-ci ildə Azərbaycanda keçirilən Boks üzrə Dünya Çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub. 2014-cü ildə justfootball.com saytının və “justfootball” internet üzərində yayımlanan ilk futbol verilişinin layihə rəhbəri olub. ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsif heyətində yer alıb.

2023-cü ildən etibarən ASAN Radio və Azxəbər.com-un dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.

Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. 2022-ci ildə “Radio Enerjidə yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Çağırsa ellər, gedərəm davaya". 1905.az. 1905.az. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019.
  2. "Naxçıvanda H.O.S.T. dinləyicilərinə qadağa". www.azadliq.org. www.azadliq.org. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019.
  3. "Azərbaycanlı məşhur ailəsi ilə birlikdə ölkəni tərk etdi". anews.az. anews.az. 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019.