Eltac Azadlı — Vikipediya

Eltac Azadlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2010—2012 / 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Eltac Azadlı 22 mart 1992-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur.[1] 1999-2010-cu illərdə Beyləqan rayon Əlibaba Şirinov adına Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil almışdır.Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə sinif yoıdaşlarının və müəllimlərinin sevgisini qazanmışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Eltac Azadlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə 4-cü özüyeriyən artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Eltac Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, QubadlınınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşmuşdur. Eltac Azadlı 31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.