Elnar Qarayev — Vikipediya

Elnar Qarayev
Doğum tarixi 26 yanvar 1983(1983-01-26) (41 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Təhsili

Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.

Əsas rolları[redaktə | mənbəni redaktə et]

Bakı Bələdiyyə Teatrı[redaktə | mənbəni redaktə et]

  1. Dönüş (Cəfər Cabbarlı) — Bayram
  2. Oğul (A. Babayev) — killer
  3. Məlikməmməd nağılı — Qara div
  4. Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli
  5. Domoklun qılıncı (Nazim Hikmət) — həkim
  6. Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı
  7. Dəli Domrul (Altay Məmmədov) — sərkərdə
  8. Türk sancağı (A. Qurbani) — Xanəli

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı[redaktə | mənbəni redaktə et]

  1. Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus
  2. Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq
  3. Mesenat (Əli Əmirli) — tələbə
  4. Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik
  5. İkinci səs (Bəxtiyar Vahabzadə) — katib
  6. Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit
  7. İmzanın hökmü (T. Kazımov) — Cəlil
  8. Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan
  9. Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri)
  10. Varlı qadın (Əli Əmirli) — mühafizəçi
  11. Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist
  12. Bu dünyanın adamları (Hidayət) — xidmətçi
  13. Hamlet (Uilyam Şekspir) — Marsel
  14. Qatil (Elçin) — süpürgəçi
  15. Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl
  16. Mənim günahım (İlyas Əfəndiyev) — Xansu
  17. Keçmişdən zəng (Anatoli Krım) — Kişi
  18. Yaşar (Cəfər Cabbarlı) — Yaşar

Mükafatları[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.

10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi
  2. Biz qayıdacağıq (film, 2007)
  3. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı
  4. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  5. Ünvansız eşq (2011)
  6. Xoca (film, 2012)
  7. Üç görüş
  8. Muradına çatan Günəş
  9. Dərvişin qeydləri (film, 2013)
  10. Fədakar (film, 2015)
  11. Günəşim ol (teleserial, 2016) — rol: Fərhad
  12. Ölülər. 21-ci əsr. (film, 2016)]] — rol: kefli İskəndər
  13. Uçurum (teleserial, 2018) — rol: Ayaz
  14. Ana və poçtalyon (film, 2020)
  15. 13-cü mənzil (teleserial, 2021) — rol: Elçin
  16. Etiraf (film) (bədii-sənədli film) — rol: C. Cabbarlı
  17. Sarı gəlin (film) (televiziya tamaşası) — rol: Ağaəli

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]