Elmira Rəhimova — Vikipediya

Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova
Elmira Allahverdi qızı Rəhimova
Ümumi məlumatlar
Doğum tarixi 13 avqust 1941(1941-08-13) (82 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1967
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2002)

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1]

Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir.

1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir.

Anand adında bir oğlu və iki nəvəsi vardır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. modern.az. "Elmira Rəhimova 80 yaşa çatdı - Modern.az məşhur müğənniyə zəng etdi". modern.az (az.). 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  2. Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.