Elen Conson-Serlif — Vikipediya

Elen Conson-Serlif
ing. Ellen Johnson-Sirleaf
Liberiyanın 24-cü prezidenti
16 yanvar 2006 – 22 yanvar 2018
Şəxsi məlumatlar
Doğum tarixi (85 yaş)
Doğum yeri Liberiya, Monroviya
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı, təşəbbüskar, yazıçı
Həyat yoldaşı Ceyms Serlif
Uşağı 3

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elen Conson-Serlif (d. 29 oktyabr 1938, Monroviya, Liberiya) — Siyasətçi və 2006-cı ildən Liberiyanın 24-cü prezidenti, "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi.[1] Onun seçkilərdə qələbəsi 23 noyabr 2005-ci ildə rəsmi olaraq elan edildi. O, Afrika ölkələrinin ilk qadın prezidentidir. Ölkənin vitse prezidenti isə Cozef Bokaydır. Ciddi xarakteri və əzminə görə o, tez-tez "Dəmir ledi" ilə müqayisə olunur. Onun 16 yanvar 2006-cı ildə andiçmə mərasimində ABŞ dövlət katibi Kondoliza Rays və ABŞ-nin birinci xanımı Laura Buş da iştirak etmişlər.

Təhsili[redaktə | mənbəni redaktə et]

Elen Conson Serlif Monroviyada anadan olub. O, Qərbi Afrika Kollecində təhsil alıb. Təhsilini ABŞ-də, Harvard Universiteti və Medison Biznes Kollecində başa vurub.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elen Conson Serlif 1971-1974-cü illərdə Maliyyə Nazirinin müavini kimi Uilyam Tolbertin hökumətində işləmək üçün Liberiyaya qayıtdı. Sonra o, yenidən Latın Amerikasında və Karib hövzəsində Dünya Bankı üçün çalışdı. Semuel Dou həmin il dövlət çevrilişində hakimiyyəti ələ keçirdikdən və Tolberti edam etdikdən sonra Serlif ABŞ-yə qaçdı. Serlif Citibank, daha sonra Equator Bankda çalışdı. O, 1985-ci ildə Montserrado qraflığında mübahisəli bir seçki olan senatorluq vəzifəsində mübarizə aparmaq üçün Liberiyaya qayıtdı.

Serlif siyasətlə məşğul olmağa davam etdi. O, Çarlz Teylorun qalib gəldiyi 1997-ci il prezident seçkilərində ikinci oldu. Lakin 2005-ci il prezident seçkilərində qalib oldu və 16 yanvar 2006-cı ildə rəsmi olaraq vəzifəsini icra etməyə başladı. O, 2011-ci ildə yenidən seçildi. Elen Conson Serlif Afrika ölkələrində prezident seçilən ilk qadın idi. O, 2011-ci ildə qadınları sülhməramlı prosesə cəlb etmək səylərinin tanınmasında Nobel Sülh Mükafatını layiq görülüb. Həmçinin rəhbərliyinə görə çoxsaylı digər mükafatlar alıb. 2016-cı ilin iyununda Serlif Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin sədri seçildi, həmin vəzifə yaradılandan bəri bu postu tutan ilk qadın oldu.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Elen Conson 1956-cı ildə Ceyms Serlif ilə evləndi. Onlar boşanmamışdan əvvəl dörd oğlu ilə birlikdə yaşayırdılar.[3] O, Presviterian kimi böyüdü, lakin sonra ərinin Metodist inancına qoşuldu. Elen Conson on nəvəsi var. Serlif ABŞ-də kollecdə oxuyarkən Alpha Kappa Alpha qadın cəmiyyətinin üzvü, Links, Incorporated-in isə fəxri üzvü oldu.[4] Onun bir neçə övladı Liberiya hökumətində xidmət edirdi. Oğlu Robert Serlif Liberiya Milli Neft Şirkətinin rəhbəri vəzifəsini icra etdi, Çarlz Serlif Liberiya Mərkəzi Bankında yüksək vəzifə tutdu və oğulluğu Fomba Serlif daxili təhlükəsizlik üçün məsuliyyət daşıyan Milli Təhlükəsizlik Agentliyinə rəhbərlik edir. Serlif ailəsinin digər üzvləri hökumətdəki digər vəzifələrdə çalışırlar. 2021-ci ilin dekabrında Ellen Sirlifin oğullarından biri Ceyms Sirlif naməlum şəraitdə Liberiyadakı iqamətgahında öldü.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Nobel Peace Prize 2011" (ingilis). Nobel Media. 2012-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-7.
  2. "Liberia's President Ellen Sirleaf, Becomes First Female ECOWAS Chair" (ingilis). ghanastar.com. 7 iyun 2016 tarixində arxivləşdirilib.
  3. Bergner, Daniel (22 October 2010). "An Uncompromising Woman". New York Times Magazine.
  4. "Ellen Sirleaf Johnson" (ingilis). nbc.com. 25 avqust 2017 tarixində arxivləşdirilib.
  5. "Liberia: What Kills James Sirleaf?" (ingilis). All Africa. 2021-12-25 tarixində arxivləşdirilib.