Rəqəmsal valyuta — Vikipediya

Morten Linnemann Bex və Rodni Qarratt tərəfindən "Mərkəzi Bank kriptovalyutaları" əsasında pul taksonomiyası.

Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyutamərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər.[1]

Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır.[2] Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir.[3]

Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər.[4]

Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rəqəmsal valyutalar üçün zəmin ideyalar "Sabre" kimi elektron ödəniş üsullarında təqdim edilmişdir.[5] 1983-cü ildə Devid Çaum tərəfindən "İzlənə bilməyən ödənişlər üçün kor imzalar" adlı tədqiqat məqaləsi rəqəmsal nağd pul ideyasını təqdim etmişdir.[6][7] O, 1989-cu ildə öz tədqiqatında ideyaları kommersiyalaşdırmaq üçün Amsterdamda elektron nağd pul şirkəti "DigiCash"ı qurmuşdur.[8] 1998-ci ildə iflas etdiyi elan olunmuşdur.[8][9]

E-qızıl 1996-cı ildə təqdim edilən ilk geniş istifadə olunan internet pul idi və ABŞ hökuməti 2008-ci ildə onu bağlayana qədər bir neçə milyon istifadəçiyə çatmışdır. E-qızıl həm ABŞ rəsmiləri, həm də akademik dairələr tərəfindən "rəqəmsal valyuta" kimi ifadə edilir.[10][11][12][13][14] 1997-ci ildə "Coca-Cola" mobil ödənişlərdən istifadə edən avtomatlardan alış təklif etmişdir.[15] "PayPal" 1998-ci ildə ABŞ dolları ilə xidmətə başlamışdır. 2009-cu ildə bitcoin istifadəyə verilmişdir. Bu, mərkəzi serveri olmayan və ehtiyatda saxlanılan maddi aktivləri olmayan mərkəzləşdirilməmiş blokçeyn əsaslı rəqəmsal valyutaların başlanğıcı olmuşdur. Kriptovalyutalar olaraq da bilinən blokçeyn əsaslı rəqəmsal valyutalar hökumətin onları tənzimləmək cəhdinə qarşı müqavimət göstərmişdir, çünki onları söndürmək səlahiyyətinə malik olan heç bir mərkəzi təşkilat və ya şəxs yoxdur.[16]

Rəqəmsal valyutaların mənşəyi 1990-cı illərin Dotkom köpüyünə gedib çıxır. Digər tanınmış rəqəmsal valyuta xidməti 2006-cı ildə qurulan "Liberty Reserve" idi. Burada istifadəçilərə dollar və ya avronu "Liberty Reserve" dollarına və ya avrosuna çevirməyə, onları 1% ödənişlə bir-biri ilə sərbəst mübadilə etməyə imkan verir. Bir çox rəqəmsal valyuta əməliyyatlarının Ponzi sxemləri və çirkli pulların yuyulması üçün istifadə edildiyi bilinir. Onlar MSB lisenziyaları olmadan fəaliyyət göstərdiyinə görə ABŞ hökuməti tərəfindən mühakimə olunmuşdur.[17] 2005-ci ilin ortalarında buraxılmış Q sikkələri və ya QQ sikkələri "Tencent QQ"nun mesajlaşma platformasında əmtəə əsaslı rəqəmsal valyuta növü kimi istifadə edilmişdir. Q sikkələri Çində o qədər təsirli olmuşdur ki, onların spekulyasiyaya görə Çinin yuan valyutasına sabitliyi pozacaq dərəcədə təsir göstərdiyi bildirilmişdir.[18]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Al-Laham, Mohamad; Al-Tarawneh, Haroon; Abdallat, Najwan. "Development of Electronic Money and Its Impact on the Central Bank Role and Monetary Policy" (PDF). Issues in Informing Science and Information Technology. 6. 2009: 339–349. doi:10.28945/1063. 21 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 May 2020.
  2. "How is money created? - Bank of England". 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2022.
  3. Committee on Payments and Market Infrastructures. "Digital Currencies" (PDF). bis.org. Bank for International Settlements. November 2015. 13 May 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 May 2020.
  4. "Digital currencies are impacting video games with..." Offgamers. 22 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 November 2018.
  5. Goedicke, M.; Neuhold, E.; Rannenberg, K. Advancing Research in Information and Communication Technology: IFIP's Exciting First 60+ Years, Views from the Technical Committees and Working Groups. IFIP Advances in Information and Communication Technology. Springer International Publishing. 2021. səh. 301. ISBN 978-3-030-81701-5. 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  6. Chaum, David. "Blind signatures for untraceable payments" (PDF). Department of Computer Science, University of California, Santa Barbara, CA. 1982. 2011-09-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-26.
  7. "What Was the First Cryptocurrency?". Investopedia (ingilis). 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  8. 8,0 8,1 Pitta, Julie. "Requiem for a Bright Idea". Forbes. November 1, 1999. August 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2023.
  9. "Digicash files Chapter 11". CNET. January 2, 2002. December 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2023.
  10. Zetter, Kim. "Bullion and Bandits: The Improbable Rise and Fall of E-Gold". Wired (ingilis). 2009-06-09. 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  11. Bender, Christian. "A Gold Standard for the Internet? An Introductory Assessment". Electronic Markets. 11 (1). CiteSeerX 10.1.1.543.5010.
  12. White, Lawrence H. "The Troubling Suppression of Competition from Alternative Monies: The Cases of the Liberty Dollar and E-gold" (PDF). Cato Journal. 34 (2): 281–301. 2023-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-26.
  13. Mullan, Carl P. The Digital Currency Challenge: Shaping Online Payment Systems through US Financial Regulations. New York: Palgrave Macmillan. 2014. 20–29. ISBN 978-1137382559.
  14. "Deleting Commercial Pornography Sites From The Internet: The U.S. Financial Industry's Efforts To Combat This Problem". www.govinfo.gov. 2006-09-21. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  15. "History of Mobile & Contactless Payment Systems". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  16. Wired.
  17. Jack Cloherty. "'Black Market Bank' Accused of Laundering $6B in Criminal Proceeds". ABC News. 28 May 2013. 28 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2013.
  18. "'China's virtual currency threatens the Yuan'". Asia Times Online. 5 December 2006. Archived from the original on 6 December 2006. İstifadə tarixi: 14 May 2016.