Eldar Sabiroğlu — Vikipediya
Eldar Sabiroğlu | |
---|---|
![]() | |
2007 – 2013 | |
Prezident | İlham Əliyev |
1995 – 2000 | |
Prezident | Heydər Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1957 (66 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Həyat yoldaşı | Tahirə Səfərova |
Dini | islam |
Hərbi xidmət | |
Xidmət illəri | 2007—2013 |
Mənsubiyyəti | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi |
Rütbəsi | Polkovnik |
| |
Təltifləri | ![]() ![]() ![]() |
![]() |
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət,hərbi siyasi və ictimai xadimi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013).
Həyatı[redaktə | mənbəni redaktə et]
Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır.
1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur.
Rus, erməni, türk dillərini bilir.
Ailəsi[redaktə | mənbəni redaktə et]
2 övladı var.
Üzvlükləri[redaktə | mənbəni redaktə et]
- Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?).[1]
- 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
- Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Əmək Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Eldar Səfərov 1975–1988-ci illər arasında "Sovet Ermənistanı" qezətində müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda qəzetin "Partiya Sovet quruculuğu" şöbəsinin müdiri, Partiya Təşkilatının katibi vəzifələrində çalışmışdır. 1991–1992-ci illərdə "Mədəniyyət" qəzetinin məsul katibi işləmişdir. 1992–1993-cü illərdə "Maraqlı"qəzetinin redaktoru vəzifəsində işləmişdir. 1994–1996-cı illər arası "Səs"qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[2] Eldar Sabiroğlu "Dövran" qəzetinin qurucusudur.
Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
1994–2000-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.[2][3]
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 19-cu sırada olan Eldar Sabiroğlu I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Eldar Sabiroğlu Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]
1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi və Partiyanın Mərkəzi Seçki Qərargahının üzvü olmuşdur.
2003–2007-ci illərdə İrəvan İctimai Birliyinin sədr müavini vəzifəsində çalışmışdı.
2007–2013-cü illər arası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Təltifləri[redaktə | mənbəni redaktə et]
- Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" Diplomu ilə təltif olunub.
- 22.07.2007-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 2008-ci ildə keçirilən 52-ci "CISM World Military Boxing Championship" medalına layiq görürülüb.
- 07.03.2008-ci ildə Yeni Azərbaycan Partiyasının Fəxri Fərmanı ilə təltif olunub.
- 2008-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə ona "Ustalıq" dərəcəsi verilmişdir.
26.06.2008-"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı təltif olunub.
- 22.07.2009-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
25.06.2009-"Hərbi Xidmətdə Fərqlənməyə Görə"3-cü dərəcəli medalı ilə təltif olunub.
- 22.11.2010-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 22.06.2011-Eldar Sabiroğluna Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatı tədqim edilib.
- 25.11.2011-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
24.06.2013-"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif olunub.
- 04.01.2022- Dədə Qorqud Fondu və Azərbaycan jurnalı tərəfindən "Ədalət qılıncı" ordeni ilə təltif olunub.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Hüseyn Paşayev: "Eldar Sabiroğlu YAP-ın üzvü deyil"" (az.). Azəri Press Agentliyi. 2 may 2007. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
- ↑ 1 2 "Siyavuş Novruzov: "Eldar Sabiroğlunun xəmiri xəyanətlə yoğrulub"". apa.az (az.). Azəri Press Agentliyi. 15.09.2015. 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
- ↑ "Siyavuş Novruzov: «Eldar Sabiroğlu YAP-ın informasiyalarını müxalifətə ötürürdü"". ideologiya.az (az.). 15.09.2015. 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.