Eldar Əzizov — Vikipediya

Eldar Əzizov
Vəzifədədir
15 noyabr 2018-ci ildən
ƏvvəlkiHacıbala Abutalıbov
bayraq
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
bayraq2
16 iyul 2018 – 15 noyabr 2018
BaşçıHacıbala Abutalıbov
ƏvvəlkiRauf Pənahov
mart 2000 – iyun 2000
BaşçıRafael Allahverdiyev
bayraq
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 sentyabr 2015 – 16 iyul 2018
ƏvvəlkiAsif Əsgərov
SonrakıVüqar Zeynalov
bayraq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
18 fevral 2011 – 2 sentyabr 2015
ƏvvəlkiVaqif Əliyev
SonrakıZakir Fərəcov
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
8 aprel 2003 – 18 fevral 2011
ƏvvəlkiEyvaz Babayev
SonrakıElmar Vəliyev
bayraq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyun 2000 – 8 aprel 2003
ƏvvəlkiEldar Əzimov
SonrakıAbdin Fərzəliyev
199? – 199?
SədrMahmud Məmmədov
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 199?
Seçki dairəsi58 nömrəli Zərdabi adına
SonrakıVəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1957(1957-06-28) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf nişanı" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir[1]. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.[2] 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında birinci sırada olmuşdur.[3] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Eldar Əzizov isə deputat seçilə bilməmişdir.[4]

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı[5],2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı[6], 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[7].

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[8].

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[9]

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının Katibliyi haqqında Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine Azərbaycan Respublikası Ali Sovetinin 5 mart 1992-ci il tarixli, 318-XII nömrəli Qərarı. e-qanun.az  (az.)
  2. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  3. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  4. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
  5. "E. Ə. Əzizovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2000-ci il tarixli, 448 nömrəli Sərəncamı". 2014-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
  6. E. Ə. Əzizovun Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 8 aprel 2003-cü il tarixli, 1197 nömrəli Sərəncamı Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine  (az.)
  7. "E.Ə.Əzizovun Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 fevral 2011-ci il tarixli Sərəncamı". 2014-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.
  8. E. Ə. Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-12-31 at the Wayback Machine. president.az, 15.11.2018  (az.)
  9. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  10. "Arxivlənmiş surət". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  11. "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
  12. "E. Ə. Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2017-ci il tarixli, 3022 nömrəli Sərəncamı. e-qanun.az  (az.)