Eldəniz Zeynalov — Vikipediya

Eldəniz Zeynalov
Eldəniz Məmməd oğlu Zeynalov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1963–2001
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974
IMDb ID0954367

Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru,[1] Azərbaycan Respublikasının xalq artisti (2000).

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb.[2]

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.

Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2017-ci ilin oktyabrında Mərdəkan Mədəniyyət Sarayında Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.[3]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
  2. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  3. 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  5. Babamızın babasının babası (film, 1981)
  6. Bağ mövsümü (film, 1985)
  7. Bəyin oğurlanması (film, 1985)
  8. Bir cənub şəhərində (film, 1969)
  9. Bir Eldənizimiz yoxdur (film, 2002)
  10. Bizim Cəbiş müəllim (film, 1969)
  11. Dörd bazar günü (film, 1975)
  12. Əhməd haradadır? (film, 1963)
  13. Əzablı yollar (film, 1982)
  14. Fədailər (film, 1986)
  15. Foto "Fantaziya" (film, 1970)
  16. Gözlə məni (film, 1980)
  17. Hər şey yaxşılığa doğru (film, 1997)
  18. Həyat bizi sınayır (film, 1972)
  19. Hörmətli alim yoldaşlar (film, 1971)
  20. İcazə (film, 1972)
  21. "İmportnı" yaxud zırrama (film, 1972)
  22. İyirmialtılar (film, 1966)
  23. Kontor (film, 1978)
  24. Qızıl uçurum (film, 1980)
  25. Qonşu qonşu olsa... (film, 1989)
  26. Mən mahnı qoşuram (film, 1979)
  27. Metamarfoza (film, 1983)
  28. Musiqili xaş (film, 1984)
  29. "Müstəntiq və məntiq" (film, 1971)
  30. Nakəs (film, 1991)
  31. Nə haqla? (film, 1983)
  32. Nigarançılıq (film, 1998)
  33. O qızı tapın (film, 1970)
  34. Ömrün səhifələri (film, 1974)
  35. Sehrli çıraq (film, 1987)
  36. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  37. Şəbih (film, 1971)
  38. Telefon macəraları (film, 1990)
  39. Uğurlu təyinat (film, 1984)
  40. Vulkana doğru (film, 1977)
  41. Yaramaz (film, 1988)
  42. Yeddi oğul istərəm... (film, 1970)
  43. Yeganə çıxış yolu (film, 1980)
  44. Yenilik (film, 1986)
  45. Yerlə göy arasında (film, 1999)
  46. Yol əhvalatı (film, 1980)
  47. Yorulmamışam. Rövşən Behcət (film, 2007)
  48. "Yüz vədə bir borcu ödəməz" (film, 1971)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İsaq, İ. Dünyadan dəhşətli ağrılarla köçən Eldəniz Zeynalov – İradə İsaq yazır //Həftə içi.- 2015.- 6 yanvar.- S.6.
  2. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  3. Muz TV. "Eldəniz Zeynalovun 80 illik yubileyi keçirildi" (az.). Youtube.com. 31.10.2017. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]