Elbit Hermes 450 — Vikipediya

Hermes 450
Tipi Pilotsuz uçuş aparatı
İstehsalçı İsrail Elbit Systems
İlk uçuş 1994
İstismara verilmə tarixi 1998
Status İstismarı davam edir
İstismarçılar İsrail İsrail
Vahidinin qiyməti 2 milyon $
Variantları Elbit Hermes 900
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur.

İstifadəçilər[redaktə | mənbəni redaktə et]

Hermes 450 istifadəçiləri
  • Azərbaycan Azərbaycan[1]
  • Botsvana Botsvana[2]
  • Braziliya Braziliya[3]
  • Kolumbiya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir.[4]
  • Xorvatiya Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır.[5]
  • Kipr Kipr
  • Gürcüstan Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur.
  • Şimali Makedoniya Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur.
  • Meksika Meksika: 2009-cu ildə satın alınmışdır.[6]
  • Sinqapur Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur.[7]
  • İsrail İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.[8]
  • ABŞ ABŞ: Sərhəd Mühafizəsi qoşunları tərəfindən 2004-cü ildə test edilmişdir.[9]

Keçmiş istifadəçilər[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ümumi göstəriciləri[redaktə | mənbəni redaktə et]

  • Ekipaj: 0
  • Faydalı yük: 150 kq
  • Uzunluğu: 6.1 m
  • Qanad açıqlığı: 10.5 m
  • Ümumi çəkisi: 450 kq
  • Güc təminatçısı: 1 × UAV Engines Limited R802/902(W), 39 kVt (52 a.g.)

Uçuş keyfiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Maksimum sürət: 176 km/s
  • Birbaşa məsafə: 300 km
  • Fasiləsiz uçuş: 20 saat
  • Uçuş tavanı: 5,500 m
  • Dırmanma sürəti: 4.6 m/s

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "News.Az - List of ammunition purchased by Azerbaijan made public". news.az. 2017-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  2. "Aviation News - Aviation Industry and Airline Statistics". 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  3. "Brazil selects Elbit's Hermes 450 UAV". 2010-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2017.
  4. "Elbit Systems sells Hermes UAVs to Colombia". Flightglobal.com. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  5. "Elbit Hermes 450 - Unmanned Aerial Vehicle - History, Specs and Pictures - Military Aircraft". militaryfactory.com. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  6. Garibian, Pablo. "Mexico buys drones, may use for marijuana search". Reuters. 24 avqust 2014. 2010-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  7. "Hermes 450". israeli-weapons.com. 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  8. Ariel Ben Solomon. "Iran vows to send arms to West Bank in response to drone". jp. 25 avqust 2014. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2017.
  9. "United Kingdom". thalesgroup.co.uk. 2007-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  10. British Army confident on Watchkeeper service entry Arxivləşdirilib 2018-03-26 at the Wayback Machine - Flightglobal.com, 16 yanvar 2014
  11. British Army praises performance of Watchkeeper during debut deployment Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine - Flightglobal.com, 17 noyabr 2014

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]