Elşən Salayev — Vikipediya

Elşən Salayev
Elşən Fuad oğlu Salayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Fuad Salayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər Vətən Müharibəsi
 • Talış döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Elşən Fuad oğlu Salayev (8 iyun 1998; Bakı, Azərbaycan18 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş,[1] elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub.[2] Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir.

2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.

Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur.Tərtərdəki N saylı hərbi hissədə vətənə xidmətini davam etdirirdi. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına həlak olmuşdur.[3] 18 noyabr tarixində Bakı şəhərində son mənzilə yola salınmışdır. Elşən, Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ŞƏHİDLƏR UNUDULMUR". Bakı məktəbləri. 16.12.2020. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2020.
  2. ""Vətən uğrunda" medalı ilə təltif edilən BDU-nun şəhid tələbə-məzunları". Bakı Dövlət Universiteti. 16.12.2020. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2020.
  3. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2022-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.