Elçin Mustafazadə — Vikipediya

Elçin Mustafazadə
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1992(1992-09-26)
Doğum yeri
Vəfat tarixi 14 iyul 2020(2020-07-14) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər Tovuz döyüşləri, 2020
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 2020

Elçin Arif oğlu Mustafazadə (26 sentyabr 1992, Kirovka, Ağstafa rayonu14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşləri şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub.[1] O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi.[1] O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olmuşdur.[1][3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Dəfni[redaktə | mənbəni redaktə et]

İyulun 14-də Elçin Mustafazadə, doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami CəfərovQənirə Paşayeva qatıldı.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "Şəhidimiz Mustafazadə Elçin Arif oğlu doğma Həsənsu qəsəbəsində dəfn edilib". www.agstafa-ih.gov.az (Ağstafa RİH rəsmi saytı) (az.)). 14.07.2020. 2020-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  2. "Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir". www.mod.gov.az (Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 14.07.2020. 15.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
  3. Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.