Elçin Babayev — Vikipediya

Elçin Babayev
Doğum tarixi 4 aprel 1965(1965-04-04) (59 yaş)
Doğum yeri
Atası Səfərəli Babayev
Elm sahələri astrofizika, radioastronomiya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Mükafatları "Tərəqqi" medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı

Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019)[1], AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini[2][3]Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri,[4] 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru.[5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub.

AMEA-nın müxbir üzvü Səfəralı Babayevin oğludur.[6]

1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib.[7]

2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[5] 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.[8]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  2. "Elçin Səfəralı oğlu Babayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru". 31 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  3. "Arxivlənmiş surət". 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  4. "Arxivlənmiş surət". 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  5. 1 2 "E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  6. "BDU-nun nazir oğlu olan yeni rektoru – Dosye". Teleqraf.com (az.). 2019-03-11. İstifadə tarixi: 2024-04-14.
  7. "Babayev Elçin Səfəralı oğlu". 9 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  8. "E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-03-27.