Ekzosfer — Vikipediya

EverestTroposferStratosferMeteozondMeteorMezosferKarman xəttiQütb parıltısıTermosferEkzosfer
Atmosferin quruluşu

Ekzosfer (q.yun. ἐκτός — "xarici", "kənar" və σφαῖρα — "sfera") — Yer səthindən 600–1000 km hündürlükdə başlayan və 10 000 km hündürlüyədək uzanan atmosfer təbəqəsi. Atmosferin ən üst təbəqəsidir.

Ekzosferin aşağı və orta hissələrində oksigenazot atomlarının, yuxarı hissələrində isə yüngül qazların, əsasən də ionlaşmış hidrogen atomlarının nisbi miqdarı artır.