Ejen İonesko — Vikipediya
Ejen İonesko | |
---|---|
fr. Eugène Ionesco rum. Eugen Ionescu | |
Doğum adı | Eugen Dimitri Ionescu[5] |
Doğum tarixi | 26 noyabr 1909[1] |
Vəfat tarixi | 28 mart 1994[1] (84 yaşında) |
Dəfn yeri |
|
Uşağı | 1 |
Təhsili | |
Fəaliyyəti | dramaturq, yazıçı, şair, ədəbiyyat tənqidçisi, gündəlik yazıçısı[d], illüstrasiyaçı, qrafika ustası[d] |
Fəaliyyət illəri | 1932–1994 |
Əsərlərinin dili | fransız dili, Rumın dili, ingilis dili |
İstiqamət | Absurd teatrı, dadaizm |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ejen İonesko (26 noyabr 1909[1] – 28 mart 1994[1]) — rumın dramaturq.
Həyatı[redaktə | mənbəni redaktə et]
Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır.
1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.
84 yaşında vəfat edən İonesko Parisin Montparnasse məzarlığında dəfn olunmuşdur
Daha çox fransız dilində yazmışdır, lakin rumınların ən çox qürur duyduqları şəxsdir.
Mükafatları[redaktə | mənbəni redaktə et]
- Turz Film Festivalı mükafatı — 1959
- İtaliya mükafatı — 1963
- Teatr Cəmiyyəti mükafatı — 1966
- Milli Teatr mükafatı — 1969
- Monako mükafatı — 1969
- Avropa üçün Avstriya Ədəbiyyat mükafatı — 1970
- Qüds mükafatı — 1973
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 Eugène Ionesco // Académie française (fr.).
- ↑ 1 2 Eugène Ionesco // Berlin İncəsənət Akademiyası. 1696.
- ↑ Fichier des personnes décédées.