Ed Şiran — Vikipediya

Ed Şiran
ing. Ed Sheeran
Ümumi məlumatlar
Doğum adı Edward Christopher Sheeran
Doğum tarixi 17 fevral 1991(1991-02-17)[1][2] (33 yaş)
Doğum yeri Vest Yorkşir, İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Vətəndaşlığı
Milliyyəti Böyük Britaniya Birləşmiş Krallıq
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnılar müəllifi, musiqiçi
Fəaliyyət illəri 2004–h.h.
Janrlar Folk, pop, akustik
Musiqi alətləri vokal, gitara
Səs tembri tenor
Albom şirkətləri Asylum, Atlantic, Elektra
Mükafatları "Britaniya imperiyası" ordeni üzvü
Diamond Play Button
edsheeran.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Kristofer "Ed" Şiran (ing. Edward Christopher Sheeran; 17 fevral 1991,[3] Vest Yorkşir) —ingilis müğənni, mahnılar müəllifi, musiqiçi.

Həyatı[redaktə | mənbəni redaktə et]

1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş mini albom buraxdı, hansıki Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ən yaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı.[4][5]

Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi.[6] "The A Team" mahnısı 2013-cü ildə Qremmi mükafatının "İlin mahnısı" mükafatına nominasiya edilmişdir.[7] Mərasimdə Ed mahnını Elton Conla ifa etmişdir. 2013-cü ilin sonunda o, Nyu-Yorkda 3 anşlaqla qarşılanan konsert verdi.

Onun ikinci studiya albomu x ("vurmaq" kimi oxunur) 23 iyun 2014-ci ildə buraxılıb.[8] Albom Böyük Britaniya və ABŞ çartlarında bir nömrəyə yüksələ bilmişdi. 2015-ci ildə Edin x albomu Britaniya Musiqi Mükafatının "İlin albomu" nominasiyasında qalib olmuşdur.[9] Onun Thinking Out Loud mahnısı 2016-cı ildə iki Qremmi Mükafatını (İlin Mahnısı və Ən yaxşı solo pop ifası nominasiyalarında) qazana bilmişdi.2015-ci ilin iyulunda öz dünya turnesi çərçivəsində Şiran Londonda Uembli stadionunda üç anşlaqla qarşılanan konsert vermişdi, bu onun solo konsertlər içərisində ən yaxşı nəticəsidi.[10]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • + (2011)
  • x (2014)
  • ÷ (2017)
  • No.6 Collaborations Project (2019)
  • = (2021)
  • (2023)
  • Autumn Variations (2023)

Turları[redaktə | mənbəni redaktə et]

  • + Tour (2011–13)
  • x Tour (2014–15)
  • Fusion Festival (Friday) (2015)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Edward »Ed« Christopher Sheeran // Brockhauz Ensiklopediyası (alm.).
  2. Edward »Ed« Christopher Sheeran // Brockhauz Ensiklopediyası (alm.).
  3. O'Brien, Jon. "Ed Sheeran Biography" Arxivləşdirilib 2019-05-26 at the Wayback Machine. AllMusic.com. Mənbə 10 dekabr 2015.
  4. "Ən yaxşı musiqiçilər seçildi"[ölü keçid] Arxiv Mənbə 24 iyul 2016
  5. "Brit Awards 2012: List of Winners" Arxivləşdirilib 2021-03-10 at the Wayback Machine. BBC News. 21 fevral 2012. Mənbə 24 noyabr 2015.
  6. "New Video: Taylor Swift featuring Ed Sheeran, 'Everything Has Changed''. Arxivləşdirilib 2017-03-01 at the Wayback Machine MTV News. 6 iyun 2013. Mənbə 24 noyabr 2015.
  7. " “Qremmi”yə namizədlər açıqlandı – SİYAHI[ölü keçid] " Eddebiyyat Mənbə 24 iyul 2016
  8. "Ed Sheeran confirms new album title and release date" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. NME News. 6 April 2014. Retrieved 24 November 2015.
  9. "Winners" Arxivləşdirilib 2018-02-22 at the Wayback MachineBrits. Mənbə 25 noyabr 2015.
  10. "mtv review: ed sheeran absolutely smashes wembley stadium show". Arxivləşdirilib 2017-04-19 at the Wayback Machine MTV. 12 iyul 2015. Mənbə 24 noyabr 2015