Eççi — Vikipediya

Paltar çox qısa və şəffafdır. Bu, eççi janrında olan əsərlər üçün tipik elementdir.[1]

Eççi (エッチ?) – yapon dilində əyləncəli seksual hərəkətləri bildirmək üçün istifadə olunan slenq. Sifət kimi "seksual", "iyrənc", "ehtiraslı" mənalarını verir, isim kimi isə kiminsə əxlaqsız davranışını bildirmək üçün işlədilir. "Ero" sözündən daha yumşaqdır, "hentay" kimi əxlaqsızlığı bildirmir.

Yaponiyada media istifadəçiləri "eççi" sözündən müxtəlif əsərlər üçün işlətməyə üstünlük verirlər. Eççi olaraq təsvir olunan əsərlərdə cinsi əlaqə və cinsi orqanlar göstərilmir,[1] lakin seksual mövzulara toxunulur. Eççi fanservisin bir növüdür, şonen, seynenharem animanqalarında tez-tez rast gəlmək olar.[2][3]

Eççi sözü yapon dilində "hentay" sözünün ilk hərfi olan "h"-nin tələffüzündən yaranmışdır. Belə ki, bu hərf yapon dilində "eççi" kimi tələffüz olunur. Termin ilk dəfə 1950-ci illərdə işlənməyə başlamışdır. Eççi sözünə sinonim olaraq "sekkusu" ("seks" sözünün yaponca tələffüzü) sözü də işlədilir.

Eççi janrında olan əsərləri klassifikasiya etmək üçün bir neçə element vardır. Qadının bədən hissələrini (döş və arxa kimi) göstərmək, hamamda, onsendə səhnələr təsvir etmək, döyüş səhnələri zamanı paltarın cırılmasını nümayiş etdirmək bunlara misaldır.

Eççi janrında olan əsərlərdə personajlar tez-tez yarıçılpaq və çılpaq görünürlər.[1] Çılpaqlığın dərəcəsi əsərdən əsərə dəyişir. Buna görə də bəzən eççi səhnələrinə senzura tətbiq olunur. Eççi əsərlərində qadın altpaltarına da tez-tez vurğu edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Steiff, Josef; Tamplin, Tristan D. Anime and Philosophy. Popular Culture and Philosophy. Vol. 47. Open Court Puplishing. 2010. ISBN 978-0-8126-9670-7.
  2. Robin E. Brenner: Understanding manga and anime. Libraries Unlimited, 2007, ISBN 978-1-59158-332-5, p. 89.
  3. Ask John: Why Do Americans Hate Harem Anime? Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine. animenation.net. May 20. 2005. Note: fan service and ecchi refer to similar concepts.