Dyörd von Bekeşi — Vikipediya

Dyörd von Bekeşi
mac. Békésy György
Doğum tarixi 3 iyun 1899(1899-06-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 iyun 1972(1972-06-13)[3][1][…] (73 yaşında)
Vəfat yeri
Elm sahəsi Biofizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dyörd von Bekeşi-(mac. Békésy György, 3 iyun 1899[1][2][…], Budapeşt[3]13 iyun 1972[3][1][…], Honolulu[3]) macar əsilli ABŞ fiziki. "Qulaq ilbizinin stimullaşdırılmasında fiziki mexanizmin kəşflərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dyörd von Bekeşi 3 iyun 1889-cu ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası dövlət xadimi olan Bekeşi ailənin 3 övladından ilki idi. Orta təhsilinin Bedapeştdə tamamladıqdan sonra atasının vəzifəsi ilə bağlı Bern şəhərinə göçmüş burada Bern Univeristetində kimya fakültəsini bitirmişdir. Daha sonra  1923-cü ildə Budapeştə qayıdan Bekeşi fizika sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bekeşi eyni il "Macar Telefon İdarəsi"ndə tədqiqat laborantı vəzifəsində çalışmağa başlayır. Işi ilə bağlı Berlinə göndərilən Bekeşi 1926-1927-ci illərdə “Siemens und Halske” şirkətinin labarotoriyasında işləyir. 1939-cu ildə isə Budapeşt Universitetinin eksperimental fizika fakültəsinin professoru olur. Lakin tezliklə universitetdəki işindən istefa verərək Stokholma köçür və burada Karolinska İnstutunda işləməyə başlayır. 1 il burda yaşadıqdan sonra Bekeşi 1947-ci ildə ABŞ vətəndaşlığı alır. Buna baxmayaraq, instutudakı işini davam etdirir. ABŞ-də yaşamağa başladığı ilk illərdə Harvard Universitetində psiko-akustika labarotoriyasında tədqiqatçı, 1949-cu ildə iə baş tədqiqatçı olur. 1956-cı ildə Amerika Beynəlxalq Elmlər Akademiyasının üzvlərindən olan Bekeşi 1961-ci ildə fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatına layiq görülür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Otologiya üzrə Denker mükafatı (1931),
  • Berlin Elmlər Akademiyasının "Leibnitz" Medalı (1937),
  • Qroninqen Universiteti, Nitq və otologiya üzrə "Quyot" mükafatı (1939)
  • Budapeşt Elmlər Akademiyası, "Akademiya" mükafatı (1946)
  • Münster Universiteti (1955), Bern (1959), Padova (1962), Buenos Ayres (1968), Kardoba (1968), Havay (1969) və Zemmelveys Universitetləri tərəfindən fəxri doktorluq dərəcəsi almışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Georg von Bekesy // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Georg von Békésy // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 Бекеши Дьёрдь фон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.