Dyörd Karpati — Vikipediya

Dyörd Karpati
mac. György Kárpáti
2004-cü ildə Dyörd Karpati
2004-cü ildə Dyörd Karpati
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 23 iyun 1935(1935-06-23)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2020(2020-06-17) (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Boyu 167 sm
Çəkisi 71 kq
İdman növü Su polosu
Komandası "Budapesti Kinizsi"
"Ferencvárosi Torna Club"

Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt17 iyun 2020, Budapeşt) — 1952, 1956, 19601964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu.

Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil).

1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi.

Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi. Artıq üçüncü Olimpiya qızıl medalını qazandığı yarış zamanı komanda ilə 6 oyunda çıxış edərək 4 qol vurmuşdu.[2]

Karpati hüquq ixtisası üzrə təhsil almış və dərəcə qazanmışdır, amma bunu heç vaxt istifadə etmədi. Bundan əlavə o, 1964- cü ildə də məşqçi dərəcəsini aldı və 1970-1980-ci illərdə milli komandada Dejö Dyarmatinin köməkçi məşqçisi kimi çalışdı. Həmin məşqçilər tandeminin ən əsas uğuru 1976 Yay Olimpiya Oyunlarında qızıl medala layiq görülməsi oldu.[3]

1982-ci ildə Karpatinin adı Beynəlxalq Üzgüçülər Şöhrət Zalına salındı və 1994-cü ildən Ölməz Macarıstan İdmançıları Assosiyasiyanın üzvü oldu.[3]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Uzun bir xəstəlikdən sonra Karpati 17 iyun 2020-ci ildə 84 yaşında vəfat etdi.[4] 2 iyul 2020-ci ildə Farkaşreti qəbiristanlığında dəfn edildi.[5]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Dyörd yəhudi olaraq anadan olmuşdur.[6] Keçmiş su polosu oyunçusu və görkəmli italyan aktyor Bad Spenser ilə onun yaxşı dostluq əlaqələri var idi.[7][8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Country Medal Leaders & Athlete Medal Leaders". sports-reference.com. Sports Reference. 17 April 2020 tarixində orijinalından arxivləşdirilib.
  2. Karpati, Gyorgy. "Three-time Olympic water polo champion Gyorgy Karpati dies at 84". japantimes.co. 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  3. 1 2 "Dyörd Karpati". olympedia.org. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  4. "Three-time Olympic Champion Water Polo Player Dyörd Karpati Dies Aged 84". hungarytoday.hu. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  5. "Végső búcsút vettek Kárpáti Györgytől". VLV - Magyar vízilabda-válogatott. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  6. Taylor, Paul. Jews and the Olympic Games: The Clash Between Sport and Politics – With a Complete Review of Jewish Olympic Medalists. Sussex Academic Press. 2004. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  7. "Bud Spencer: halála előtt még látni akarta Kárpáti Györgyöt". Lokál. June 29, 2016. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2021.
  8. "Így emlékezik Bud Spencerről a legjobb magyar barát: Kárpáti György". Ripost.hu. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]