Durmitor Milli Parkı — Vikipediya

Durmitor Milli Parkı
Durmitor National Park [* 1]
Ölkə Monako Monako
Tip Təbii
Kriteriya vii, viii, ix.
Keçid 100
Region Avropa və Şimali Amerika regionu [* 2]
Daxil edilməsi 1980  (4-cü sessiya)
Durmitor Milli Parkı xəritədə
Durmitor Milli Parkı
Durmitor Milli Parkı


Durmitor Milli ParkıAvropada, Çernoqoriyada yerləşən milli park. Adını yerli dağdan alır. YUNESKO-nun Dünya irsi siyahısındadır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir.

Milli park 3 hissədən ibarətdir:

  • Mlinski çayı və Qaragöl bölgəsi
  • Tara Keçidi Biosfer bölgəsi
  • Skriçka gölləri və Susika Vadisi

Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır. Parkda yaşayan heyvanlar arasında qonur ayılar, canavarlarqartallar sayıla bilər. Avropanın ən yaşlı qara şamı da buradadır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]