Dramaturgiya — Vikipediya

Dramaturgiyadram sənəti və dramatik əsərlər yazma nəzəriyyəsi.

Uilyam Şekspir

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Dram nəzəriyyəsinin öyrənilməsi tarixinin kökləri qədim yunanlara gedib çıxır. Bu kiçik xalqın bəşəriyyətin tarixində xidmətləri misilsizdir. Yunan xalqı bəşəriyyətə Homer, Evripid, Sofokl, Aristofan, Esxil kimi onlarca mədəniyyət, elmsənət xadimləri yetişdirmişdir. İlk dram əsərləri təxminən XVIII–XIV əsrlərdə yazılmışdır. Yunan elmi və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir. O, dünya mədəniyyəti xəzinəsinə "Analitika", "Metafizika". "Etika", "Politika", "Ritorika" "Poetika" kimi samballı, bu gün də öz əhəmiyyətini itirməyən, tədqiqatçılara maraq doğuran elmi əsərlər bəxş etmişdir. Mənbələrin verildiyi xəbərə görə eramızdan iki əsr əvvələdək İskəndəriyyə kitabxanasında Aristotel tərəfindən yazılmış 400 kitab saxlanılırdı.

Aristotel eyni zamanda da dram nəzəriyyəsinin atası sayılır. Onun "Poetika" əsəri qədim Yunanıstanın dramatik sənətinin nəzəriyyəsini özündə birləşdirən ilk elmi əsər kimi bizə gəlib çatmışdır. Dünyada dramaturgiya ilə məşğul olan ən məşhur şəxs kimi Uilyam Şekspir tanınır. Azərbaycanda isə dramaturgiyanın banisi Mirzə Fətəli Axundovdur.

Dramaturgiyanın janrları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]