Donatizm — Vikipediya

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir.

Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar.

311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.

Sesilianı dinindən çıxmış elan edən Donatus, 312-ci ildə öz partiyasını yaradaraq “satqın” yepiskoplar tərəfindən icra edilmiş xaç suyuna çəkilmə mərasimini qüvvədən düşmüş elan etmişdi və onun yenidən icra edilməsinin zəruri olması haqqında tələb irəli sürmüşdü.

Donatçılar rəsmi Kilsəni günahlara batmış hesab edərək, ondan ayrılmış, öz ardıcıllarından yüksək mənəvi paklıq tələb edirdilər. Onların fikrincə kilsə mərasimləri, yalnız din xadimlərinin təmizliyi, davamçılarının isə həqiqi mömin olduğu halda, Tanrı tərəfindən qəbul edilir. Bundan başqa, onlar dinin dövlət işlərində iştirakının əleyhinə də çıxış edirdilər. Bu istək isə Roma imperatorlarının maraqlarına zərbə vururdu. Bu səbəbdən, Roma imperatorları Şimali Afrikada güclənən və kilsə birliyinə ağır zərbə vuran donatçı üsyançılarına qarşı qoşun yollamışdılar. Lakin bu heç bir nəticə verməmişdi və donatçılar bir neçə əsr ərzində (müsəlman istilasına qədər) Şimali Afrikada böyük nüfuza malik idilər.

Təsiri[redaktə | mənbəni redaktə et]

Donatçılar Xristian radikal təriqətinə çevirilmişdirlər. Onların ən ifrat qolunu sirkumsellionlar adlandırırdılar. Onlar silahlı mübarizə və terror metodlarından geniş istifadə edirdilər. Roma ordusuna qarşı partizan müqaviməti təşkil etmişdirlər.

Dini ekstremizm baxımından donatçılar/sirkumsellionlar yəhudi radikalları olan zelotların davamçıları sayıla bilərlər. Onlar I yüzillikdə Yəhudiyyədə radikal dini təriqət yaradıb terror vasitələrindən istifadə edirdilər, Romalılar və onların fikirləri ilə razı olmayanlarla savaş aparırdılar.

Şimali Afrika ərəblər tərəfindən istila edildikdən sonra o yerlərin əhalisi tədricən İslamı qəbul etmişdir. Ancaq dini radikallıq ənənələri xaricilik formasında ortalığa çıxdı. O yerlərdə bir neçə xarici dövlətləri yaranmışdır. Çağdaş dini radikallar zelotların və donatçıların davamçıları sayıla bilərlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]