Diqorlar — Vikipediya

Diqorlar
(Дигорæнттæ)
Ümumi sayı
~100,000 (təxmini)[1]
Yaşadığı ərazilər
Rusiya Rusiya
Dili

Osetin dilinin diqor ləhcəsi

Dini

sünni, İslam[2]

Daxildir
Osetinlər
Qohum xalqlar

İronlar

Diqorlar (Diqor ləhcəsi: дигорон[3] - digoron, cəm halı: digoræ, digorænttæ - digoræ, digorænttæ; İron ləhcəsi: дыгурон - dyguron, cəm halı: didur, didurættæ - dygur, dygurættæ) - osetinlərin alt qrupudur. SSRİ-də 1937-ci ilə qədər ayrı bir dil hesab edilən Şərqi İran dillərindən sayılan osetin dilinin diqor ləhcəsində danışırlar. 1937-ci ildən bu yana osetin dilinin dialekti sayılır. Digər ləhcəni-iron ləhcəsi danışan ironlar diqorlar başa düşmürlər, baxmayaraq ki diqorl iron ləhcəsini tam başa düşür. Çünki iron ləhcəsi osetin xalqının rəsmi dili idi və məktəblərdə rəsmi olaraq tədris olunurdu. 2002-ci il Rusiya siyahıyaalınmasına görə 607,[4] 2010-cu ildəki siyahıyaalınmaya görə isə cəmi 223 diqor Rusiyada yaşayırdı.[5] Dialekti danışan 100.000-dən çox insan olmasına baxmayaraq, əksəriyyəti özünü osetin olaraq təqdim edir.[6] Diqorlar, əsasən, Diqora, İrafski, Mozdok rayonlarında və Vladiqafqaz, Şimali Osetiya, həmçinin Kabarda-Balkariya, TürkiyəSuriyada yaşayır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Osetin tayfaları (B.A Kaloyevə görə)[7][8]

Aşxaratsuytsda verilən qəbilələr içərisindəki "aştiqor"[9] qəbiləsi tarixçilər tərəfindən müasir diqorların əcdadları hesab olunur.[10] Bu fakt və digər linqvistik nəzəriyyələr göstərir ki, diqor ləhcəsinin proto-osetin dilindən ayrılaraq, ayrı bir dil kimi qəbul edilməsi monqol yürüşləri dövrünə təsadüf edir.

Aşxaratsuytsda aştiqorlar indiki osetinlərin əcdadları olaraq qəbul edilən alanlardan ayrı bir tayfa və ya qövm kimi verilir. 18-ci əsrdən başlayaraq diqor etnonimi səyyahlar tərəfindən və həmçinin, Rusiya rəsmi sənədlərində geniş istifadə olunur. Bu faktlara əsaslanaraq, osetin sovet dilçisi-iranist Vasili Abayev qiqorların iranlılaştırılmış bir çərkəz tayfası və adının ilk hissəsi olan "diq"-in Çərkəz endonimi Adigey ilə eyni köklərə sahib ola biləcəyini və ya müasir Qafqaz dillərindəki ismin cəm halını düzəltmək üçün istifadə olunan ön şəkilçi kimi qəbul edilə biləcəyini düşünür.[10]

Diqorlar Diqoriyadakı - Şimali Osetiyanın qərb hissəsi (Diqoraİrafski rayonları) və Kabarda-Balkariyadakı osetinlərin əksəriyyətini təşkil edir. 19-cu əsrin əvvəllərində Diqoriyadan bəzi ailələr Mozdok rayonunda məskunlaşdılar və bu gün hələ də bu bölgədə 2 böyük diqor yaşayış məntəqəsi var.

Diqoriya Osetiyanın digər yerlərinə nisbətən Rusiya imperiyası tərəfindən olduqca gec işğal edildi.

Diqorlar 17-18-ci əsrlərdə İslamı onlara tanıdan qonşu Kabarda xalqının təsiri altında sünni İslamı qəbul etdilər.[2] XIX əsrin ikinci yarısında çox sayda müsəlman diqor Osmanlıya köç etdi.

İkinci Dünya müharibəsi dövründə Şimali Osetiya 1942-ci ildə alman orduları tərəfindən işğal edildi. Nasist işğalı altında olan osetinlər vətənlərin tərk etmədilər, lakin almanlar bölgədən qovulduqdan sonra, digər müsəlman xalqları kimi diqorlar da almanlarla əməkdaşlıqda ittiham edildi və Orta Asiyaya zorla yerləştirildilər. Hesablamalara görə, diqorların 50% -i deportasiya zamanı öldü. 1950-ci illərin ortalarında vətənlərinə qayıtmalarına icazə verildi.[11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ethnologue.com". 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  2. 2,0 2,1 Minahan, James. Miniature Empires: A Historical Dictionary of the Newly Independent States. New-York: Routledge. 2012. səh. 211. ISBN 1-57958-133-1.
  3. Камболов, Тамерлан Таймуразович. Очерк истории осетинского языка. Владикавказ: Ир. 2006. səh. 410. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18. (rus.)
  4. "Russian Census 2002: Population by ethnicity" (rus). 29 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 April 2014.
  5. "Russian Census 2010: Population by ethnicity" (rus). 21 August 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 April 2014.
  6. "Digor in Russia". Joshua Project. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2014.
  7. "Archived copy". 2017-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  8. "Arxivlənmiş surət". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  9. Азиатская Сарматия. Армянская география (rus). 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  10. 10,0 10,1 Абаев, Василий И. Историко-этимологический словарь осетинского языка. Том I (А-К) (rus). Москва - Ленинград: Издательство Академии наук СССР. 1958. 379–380.
  11. Minahan, James. Encyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World. Vol. III (L-R). Westport: Greenwood Press. 2002. səh. 1478. ISBN 0-313-32111-6.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Wixman. The Peoples of the USSR